Menu
Geri İrəli

Yağış yağacaq, duman olacaq – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 6 May 2017 • Baxış sayı: 294 dəfə • Şərh yoxdur

hava1Mayın 7-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 23-25° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, duman olacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın