Menu
Geri İrəli

Yeni nazirin babası kimdir? – Foto

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Oktyabr 2017 • Baxış sayı: 1,049 dəfə • Şərh yoxdur
Share Button

qesemPrezident İlham Əliyevin oktyabrın 12-də imzaladığı sərəncamla energetika naziri təyin edilən Pərviz Oqtay oğlu Şahbazov mərhum Qəşəm Şahbazovun nəvəsidir.

sumqayitxeber.com Teleqraf.com-a istinadən xəbər verir ki, Q.Şahbazov 1902-ci ildə Qəmərli qəzasının Qarahəmzəli kəndində dünyaya gəlib. Gəncə Kənd Təsərrüfatı İnstitutunu və Bakı Ali Partiya Məktəbini bitirmiş Q.Şahbazov Qərbi Azərbaycanın Basarkeçər rayonunda su idarəsinin rəisi, “Sovet Ermənistanı” qəzetinin kənd təsərrüfatı şöbəsinin müdiri, Böyük Vətən müharibəsi illərində Vedi, Qarabağlar, Zəngibasar (Masis) rayonlarında birinci və ikinci katib vəzifələrində çalışıb. Bundan əvvəl isə Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirinin müavini işləyib.

Zəngibasar rayonunun son birinci katibi (1947-1950-ci illərdə) də Q.Şahbazov olub. Onun katib olduğu dövrdə rayonda Azərbaycan dili dövlət dili idi. Q.Şahbazov 1989-cu ildə vəfat edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın