Menu
Geri İrəli

Alimlər: Su çatışmazlığı piylənmə yaradır

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Avqust 2016 • Baxış sayı: 571 dəfə • Şərh yoxdur

icmeli suLaboratoriya təcrübəsi əsasında alimlər bu qənaətə gəlib ki, su çatışmazlığı piylənmənin inkişafının başlıca səbəbidir. Miçiqan Universitetinin mütəxəssislərinin sözlərinə görə, sudan az miqdarda istifadə edən zəif və güclü cins nümayəndələri özlərini piylənmə riski ilə üz-üzə qoyur.

“Healthvesti.com” saytı xəbər verir ki, yeni təcrübələrə 9 mindən çox respondent cəlb olunub. Həkimlər sübut edib ki, bədən kütləsinin yüksək indeksi orqanizmin suya olan ehtiyacı ilə bağlıdır. Alimlərin fikrincə, 18-64 yaş arası kişi və qadınların təxminən üçdəbiri sudan az istifadə edir. Tədqiqatçılar daha çox faydalı komponentlərlə zəngini meyvə və tərəvəz yeməyi məsləhət görür.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın