Menu
Geri İrəli

“AQS dental center” diş əyriliklərini belə düzəldir – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Oktyabr 2017 • Baxış sayı: 695 dəfə • Şərh yoxdur
Share Button

İllər ərzində ‘AQS-medical center’-də aparılan müşahidələr nəticəsində bəlli olunmuşdur ki, uşaqlarda daha çox problemlər yeni doğulduqdan sonra, hələ dişlər ağız boşluğuna çıxana qədər də yarana bilir. Buda özünü gelecekdə uşaqların diş sırasında əyriliklərlə göstərir. Eyni zamanda süd dişlərinə vaxtlı və düzgün qulluq olunmursa, erkən – yəni daimi dişlər gəlməmiş çəkilirsə – irəlidə  mütləq diş sırasında əyriliklər, çənədə darlıq və yaxudda qeyri simmetriya müşahidə oluna bilər. Belə hallara təcrübəmizdə çox rastlaşmışıq. Bəziləri ilə sizləri tanış etmək istərdim

 1. Üst çənənin sıxlığı nəticəsində 12 və 13-cü dişləri yerləşdirmək üçün xəstədə əvvəl sürətli genişləndirmə məqsədi ilə RPA aparatı və breketlərlə 12 yaşından ortodontik müalicə başlanmış və 14 yaşında bitirilmişdir.

 aqs-12. 12 və 22-ci dişlərin anadangəlmə mayasının olmaması nəticəsində üst çənə qövsündə olan deformasiya əvvəl breketlərlə düzəldilmiş sonra ortopedik konstruksiya olan zirkon qapaqlarla tam estetik görüntü əldə edilmişdir. Xəstə görüntüdən məmnundur.

 aqs-3

3. Anadangəlmə damaq yarığı olan bu pasiyentdə əvvəl damağın plastikası məqsədi ilə 2 cərrahi əməliyyat keçirtdiyi üçün diş qövsündə deformasiya olmuşdur. 11-ci diş tikiş xəttinə düşdüyündən itirilmişdir. Xəstədə 2 il davam edən ortodontik müalicə yalnız breketlərlə aparılmışdır.

 aqs-5 

4.  Xəstə 12 və 22-ci dişlərin linqval olması ilə qarışıq dişləm dövründə 7 yaşında klinikaya müraciət etmişdir. Pasiyentdə çıxan mexaniki plastinka ilə müalicə aparılmışdır.

 aqs-65 5. Uşaq 8 yaşında 12 və 22-ci dişlərin mayasının olmaması mezial dişləmlə klinikaya müraciət etmişdir. Funksional plastinka və breketlərlə müalicə aparılmışdır.


aqs-6

6. Xəstə 32 yaşında ortodontik müalicəyə başlayarkən 14, 24 və 46-cı dişlər çəkilmişdi. 33-cü dişə yer olmadığı üçün 34-cü dişin çekilmesi və diş cərgəsinin breketlərlə müalicəsi 1 il 9 ay davam etmişdir.

 aqs65

‘AQS dental center’in Uşaq şöbəsinin müdiri, Baş ortodont,  Sədaqət Tağıyeva

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın