Menu
Geri İrəli

Azərbaycan səhiyyəsində yenilik!

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Avqust 2013 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

 

Azərbaycanda ilk dəfə beyin anevrizması endovaskulyar əməliyyatı (kəllə sümüyü açılmadan damar daxilindən əməliyyat) zamanı “pipeline stent” implantasiyası həyata keçirilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, türkilyəli professor Əhməd Məmişin rəhbərliyi ilə Respublika Müalicə-Diaqnostika Mərkəzinin və Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri tərəfindən Mərkəzi Neftçilər Xəstəxanasında beyin qanaxmalarının ən əsas səbəblərindən olan anevrizma xəstəliyinin qapalı endovaskulyar əməliyyatı ilə müalicəsi dünyada ancaq inkişaf etmiş mərkəzlərdə istifadəsinə icazə verilən “pipeline stent” implantasiyası nəticəsində həyata keçirilib.

İki dəfə beyindaxili qanaxma keçirmiş olan 24 yaşlı xəstəyə daxili yuxu arteriyasının beyni qidalandıran ən uc hissəsindəki böyük anevrizma diaqnozu qoyulub. Bud arteriyasında açılan 2 millimetrlik deşik vasitəsilə damar daxilindən kəllə arteriyalarının içinə daxil olunub və arteriyadakı balonlaşmanın ağzı “pipeline stent” implantasiyası ilə bağlanıb. Nəticədə anevrizmanın təkrar qanaxma verməsinin qarşısı alınmış olub. ANSPRESS

Facebook Şərhləndirmə:

Şərhinizi yazın