Menu
Geri İrəli

“Badımcan”dır deyib keçməyin

Müəllif: Sumqayitxeber.com • Tarix: 9 Sentyabr 2015 • Baxış sayı: 469 dəfə • Şərh yoxdur
Share Button

““Badımcan”dır deyib keçməyin

Mütəxəssislər qeyd edir ki, badımcan tərkibindəki bol miqdarda A vitamini, fosfor və özünə xas bəzi elementləri sayəsində sinir sistemini sakitləşdirir və ürək çarpıntısını aradan qaldırır.

“Qafqazinfo”nun məlumatına görə, badımcan yemək qaraciyər və böyrəkləri qüvvətləndirir, bol sidik ifraz edərək bədəni artıq sudan təmizləyir. Eyni zamanda qanı artırır və ürəyi sakitləşdirir. Mütəxəssislər badımcanı ən sağlam bişirməyin iki üsulunun, kül və ya ocaq olduğunu qeyd edir. Bir badımcanda təxminən 500-5.000 ədəd toxum olur. Qida dəyəri -100 qram təzə badımcanın ehtiva etdiyi əhəmiyyətli qida dəyərləri bunlardır:

24 kalori; 1,1 qr. zülal; 5,5 qr. karbohidrat; 0 xolesterol; 2 qr. yağ; l qr. lif; 37 mgr. fosfor; 15 mqr. kalsium; l mqr. dəmir: l mqr. natrium; 15 mqr. kalium: 30 IU A vitamini; 0,05 mqr. B1 vitamini; 0,04 mqr. B2 vitamini; 0,05 mqr. B3 vitamini; 0,081 mqr. B6 vitamini və 5 mqr. C vitamini.

Badımcan yedizdirilən heyvanlarda mədə xərçənginə az rast gəlindiyi müşahidə olunub. Alimlər tərəfəindən bu araşdırmanın insanlardakı təsiri araşdırılır.

Diqqət: Yetişməmiş badımcanda sola adlı bir maddə mövcuddur. Bu maddə səbəbiylə badımcanı çiy yemək zəhərlənmələrə yol aça bilər. Badımcan bişirildiyi zaman bu maddə parçalanaraq yox olur.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın