Menu
Geri İrəli

Bakıda 10 aylıq körpə günəbaxan tumu yedi – Əməliyyat edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Sentyabr 2017 • Baxış sayı: 164 dəfə • Şərh yoxdur
Share Button

hekim2“10 aylıq körpə qabıqlı günəbaxan tumu yeyib. Valideynlər də əvvəl çöpçüyə aparıblar. Çöpçü deyib ki, mənlik deyil, gedin cərrah baxsın”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri Uşaq Cərrahiyyəsi və Urologiyası Uzmanı Op.Dr.Fuad Hüseynov sosial şəbəkədə yazıb. Həkim bildirib ki, uşaq qabıqlı günəbaxan tumu yediyi zaman valideynləri boğulduğunu görüb:

“Uşaqda xırıltılı öskürək, tənginəfəslik başlayan zaman ailə narahat olub. Təbii ki, azərbaycanlı olduğu üçün əvvəlcə çöpçüyə müraciət ediblər. Çöpçüdən ümidləri kəsildikdən sonra isə bizə.

Aparılan müayinələr nəticəsində məlum olub ki, uşağın nəfəs borusunda yad cisim var. Uşaq təcili cərrahi əməliyyata alınıb. Bronxoskopiya edilərək nəfəs borusundakı günəbaxan tumu çıxarılıb. Xəstə 1 gün sonra tam sağlam evə yola salınıb”.

Günel Hacı

 


 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın