Menu
Geri İrəli

Dişlərin təmizlənməsi zamanı – 5 YAYILMIŞ SƏHV

Müəllif: sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2017 • Baxış sayı: 100 dəfə • Şərh yoxdur
Share Button
disSağlam və gözəl dişlər insanı daha cazibədar edir. Bundan əlavə dişlərin sağlam olması insanın ümumi sağlamlığında böyük rol oynayır.
Xarab dişlər mədə-bağırsaq sistemi xəstəliklərinin riskini artırır, immun sisteminin zəiflənməsinə səbəb olur, hətta baş və boyun xərçəng xəstəliklərinin inkişafına səbəb ola bilər.
Diş xəstəliklərinin ən effektli profilaktik tədbiri dişlərin mütəmadi olaraq təmizlənməsidir. Lakin dişləri təmizlədikdə bir çoxlarımız bu kimi səhvləri edir:
1. Dişləri bərk sürtmək.
Effektli təmizlənmə üçün bu tələb olunmur. Dişləri yüngül sürtmək lazımdır ki, diş emalı zədələnməsin.
2. Dişlərin təmizlənməsinə az vaxt ayırmaq.
Dişlərin yaxşı təmizlənməsi üçün 2-3 dəqiqə lazımdır.
3. Dili təmizləməmək.
Dilin üzərində çoxlu mikroblar toplanır ki, bu mikroblar dişlərin sağlamlığına ziyan vurur.
4. Hərəkətləri üfqi istiqamətdə etmək.
Bu ən yayılmış səhvlərdəndir. Hərəkətlər şaquli istiqamətdə olmalıdır – damaqdan dişin tacına kimi.
5. Diş fırçasına düzgün qulluq etməmək.
Nəm diş fırçası mikrob və göbələklərin çoxalması üçün çox yaxşı yerdir. Bu səbəbdən diş fırçasını hər istifadədən sonra sabunlu suda yumaq, yaxşı yaxalamaq və açıq yerdə (bağlı şkafda deyil!) saxlamaq lazımdır. Fırçanı hər 3 aydan bir dəyişin.
Bu kimi səhvlər dişlərin təmizlənməsinin effektivliyini azaldır.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın