Menu
Geri İrəli

İsti günlərdə uşaqları günvurmadan necə qoruyaq? – Həkim məsləhəti

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Avqust 2017 • Baxış sayı: 254 dəfə • Şərh yoxdur
Share Button
 

Son günlərdə havaların kəskin istiləşməsi insanların səhhətinə ciddi təsir göstərir. Onlar günvurmadan huşunu itirir, qaytarır, halsızlıq ilə üz-üzə qalırlar.

İyunun 1-dən etibarən günvurma ilə bağlı isə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 93 müraciət olub. Günvurma ilə bağlı müraciətlərin 17-si uşaqlara aiddir.

Bəs, isti günlərdən daha çox əziyyət çəkən uşaqları necə qoruyaq? Onların sağlamlığı üçün hansı addımlar atılmalıdır?

Musavat.com saytı məsələ ilə bağlı pediatr Günay Rəsulova ilə əlaqə saxlayıb.

Снимок.JPG (56 KB)

O, saytımıza açıqlamasında qeyd edib ki, isti havalarda valideynlər uşaqlarına qarşı daha çox diqqətli olmalıdır: “Bu günlərdə valideynlərə daha çox məsuliyyətli olmalı, uşaqları günvurmalardan qorumalıdır. Uşaqları səhər saat 11-dən 17:00-dək küçəyə buraxmaq olmaz. Əgər balacaları çölə çıxarmaq məcburiyyətində qalsalar, mütləq uşağın başına qoruyucu papaq qoysunlar və ya çətir tutsunlar.

Uşaqlara bol maye, sağlıqlı qidalar verilməlidir. Ayran da ola bilər. Çay yox. Uşaqlara, ümumiyyətlə, çay verməməyə çalışsınlar. Şirin çay heç verməsinlər. Gündə 2 dəfə günün isti saatlarında çimizdirsinlər. Çox tərləyən uşaqların bədənini, büküşlərini əlavə olaraq ilıq su ilə silsinlər.

Uşaqları yüngül qidalandırsınlar. Yüksək kalorili, şəkərli, un məmulatları əvəzinə, bol vitaminli, asan həzm olunan yeməklər verməyə çalışın. İstidə yemək istəməyən uşağı məcbur etməyin. Əvəzinə bol maye verin. Sərin, dəri tənəffüsünə mane olmayacaq boş geyimlər geyindirilməlidir”.

G.Rəsulova günvurma, istilikvurma əlamətləri və ilk yardım barədə də məlumat verib: “Qusma, başağrısı, hərarətin yüksəlməsi, halsızlıq, süstləşmə, iştahasızlıq günvurma əlamətlərdir. İlk yardım üçün uşağa duş aldırmaq, sərin yerə aparmaq və simptomlara görə qızdırma varsa, qızdırmanı düşürmək və s. edib, təcili yardım çağırmaq lazımdır.

İstidən qorunmaq üçün kondisionerdən də düzgün istifadə etməyə çalışın. Tempetatur 22-25-dən aşağı olmamalıdır, kondisioner havasının birbaşa uşağın üstünə düşməməsinə çalışın”.

Könül,
Musavat.com

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın