Menu
Geri İrəli

Nikahdan qabaq bu xəstəliklərə görə arayış almaq lazımdır – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 12 May 2015 • Baxış sayı: 728 dəfə • Şərh yoxdur

xestelik3Nazirlər Kabineti Azərbaycanda nikaha daxil olmaq istəyən şəxslərin müayinə olunacağı xəstəliklərin Səhiyyə Nazirliyi tərəfindən hazırlanmış siyahısını təsdiq edib.

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, evlənmək istəyən cütlüklər irsi qan xəstəlikləri, sifilis və İİV virusu üzrə laborator müayinədən keçəcəklər.

Artıq iyunun 1-dən nikaha daxil olmaq istəyən şəxslər bu xəstəliklər üzrə müayinələrdən keçib tibbi arayış almalıdırlar. Müayinənin nəticəsi müraciət edən şəxsin özünə təqdim ediləcək.

Qeyd edək ki, Ailə Məcəlləsinə edilən yeni dəyişikliyə əsasən, nikaha girən şəxslər dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz olaraq müayinədən keçəcəklər və bir-birinin səhhəti haqqında məlumat alacaqlar. Nikaha daxil olmaq istəyən şəxslər tibbi müayinədən keçdikdən sonra arayış alırlar.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın