Menu
Geri İrəli

Oruc tutmağın xərci nə qədərdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 23 İyun 2014 • Baxış sayı: 565 dəfə • Şərh yoxdur

orucRamazan ayında oruc ibadətini yerinə yetirən vətəndaşlarımız üçün oruc tutmağın təxmini minimum xərci hesablanıb.

“Marja” xəbər verir ki, 4 nəfərlik bir ailənin iftar etməsi üçün ən azı gündəlik təxminən 17,65 manat, 30 gün davam edəcək Ramazan ayı boyunca isə 529,50 manat lazım olduğu müəyyən olunub.

Bazar rəqəmlərinə əsasən aparılmış araşdırmada bir vətəndaşın, oruc tutduğu müddət ərzində ehtiyac duyduğu enerji, vitamin və mineralların təmin edilə bilməsi üçün tələb olunan qida məhsulları və miqdarları müəyyən edilib. Araşdırmada oruc ibadətini yerinə yetirən bir adamın, sağlam bir şəkildə yaşaması üçün gündəlik təxminən 3 min kaloriyə ehtiyacı olduğu vurğulanıb.

Araşdırmada, rəsmi məlumata görə orta aylıq əməkhaqqının 436,7 manat olduğu Azərbaycanda, yalnız oruc tutan 4 nəfərlik bir ailənin başçısı maaşının 121%-ni, yəni hamısını və üstəlik əlavə tapacağı pulu Ramazan bazarlığına xərcləmək məcburiyyətindədir. Muzdla işləyənlərin qazancları ailələrinin qida ehtiyaclarına çətin çatır, digər ehtiyaclar üçün isə pul qalmır. Əlbəttə, bu fikri iqtisadi və sosial sahələrdə muzdla işləyənlərin orta aylıq əməkhaqqı barədə rəsmi məlumata söykənərək söyləyə bilərik. Əslində, ailələrin digər rəsmi (bir evdə 2 nəfər işləyə bilər) və qeyri-rəsmi gəlirlərini nəzərə aldıqda gəlirlər daha yüksəkdir.

Yay ayı olduğundan Ramazan büdcəsi nisbətən aşağıdır. Qış aylarında bəzi tərəvəz və meyvələrin qiyməti baha olduğundan qışda Ramazan büdcəsi daha yüksək ola bilər.

Qeyd edək ki, qidalar və qiymət minimum əsasdadır. Gəlirləri yüksək olan ailələr daha çox çeşiddə və baha qiymətlərdə qidalar alaraq tükədə bildiyindən oruc ibadətinin xərci də yüksələ bilər. Eyni zamanda, minimum əsasda götürülmüş qidalar gündəlik olaraq istəkdən asılı olaraq dəyişə bilər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın