Menu
Geri İrəli

Rahat yatmaq istəyirsinizsə, bu qidaları yeyin – SİYAHI

Müəllif: sumqayitxeber.com • Tarix: 22 May 2016 • Baxış sayı: 836 dəfə • Şərh yoxdur

Hər kəs asanlıqla yuxuya getdiyini deyə bilməz. Bəzi insanlarda isə çətin yuxuya getmək artıq patoloji hal alıb. Bəzən asan yuxuya getmək üçün kitab oxuyurlar, televizora baxırlar, bir sözlə, gözləri və beyni yormaq üçün bir çox vasitələrdən istifadə edilər. Lakin bu siyahıya bir üsul da əlavə etmək olar. Bu üsul daha sağlam və zərərsizdir – düzgün qidalanma. Mütəxəssislər qidalanma formasının yuxuya təsir etdiyini deyirlər. Aile.lent.az rahat və aramsız yuxu təmin edən qidalardan bəhs edəcək.

Yavaş həzm edilən karbohidratlar

Yulaf və qara düyü kimi tam taxıllı qidalar qan şəkərini tarazlıqda saxlayaraq, enerjinin bədəndə yavaş xərclənməsini təmin edir. Yatarkən də bədəniniz və beyniniz qlükozaya ehtiyac duyur. Qlükoza səviyyəsi aşağı düşdükdə adrenalin və kortizol kimi hormonlar ifraz edilir. Bu da sizi oyandıra bilər.

Zülal

Rahat gecə yuxusu üçün ət, balıq, lobya, mərcimək, çərəzlər kimi zülal baxımından zəngin qidaların yeyilməsi vacibdir. Çəkimizdəki hər kiloqram üçün 1 qram zülal yeyilməlidir. Məsələn, 50 kilo olan bir xanım 50 qram zülal qəbul etməlidir. Ancaq yatana yaxın həzmi çətin olan yüksək zülallı qidalardan uzaq durum.

Balqabaq tumu

Maqnezium baxımından zəngin olan balqabaq tumu bədəndəki əzələ liflərini rahatlaşdıraraq, gözəl bir yuxu yatmağa imkan verir. Həkimlər gündə 2 qaşıq balqabaq tumu yeməyi təklif edir.

Hindqozu suyu

Axşam yatmazdan əvvəl içəcəyiniz bir stəkan sadə Hindistan qozu suyu rahat bir yuxuya köməkçi ola bilər. Kalium, kalsium, maqnezium, fosfor və natrium baxımından əzələlərinizi rahatladar, yuxunuzun pozulmasını qarşısını alar.

Albalı

Albalıda az miqdarda olan melatonin hormonu yuxunu tənzimləməyə kömək olur, yuxu müddətini artırır.

Sink

Dəniz məhsullarında, tam taxıllı qidalarda, çərəzlərdə olan sink də yuxuya köməkçidir. Eyni zamanda sink tritofanın serotonin və melatoninə çevrilməsi üçün lazımlıdır.

Hinduşka

Hinduşkada yüksək miqdarda olan tritofan yuxunu asanlaşdırır. Bununla yanaşı, sink və B6 vitamini qaynağıdır. Lakin axşamlar narahat edərək, sizə yatmağa mane ola bilər, ona görə də gündüz yeməniz daha yaxşı olar.

Maqnezium

Qara buğda, balqabaq, tum, dəniz məhsulları, yaşıl yarpaqlı tərəvəzlər və quru meyvələr maqnezium qaynağıdır. Maqnezium əzələlərimizi rahatlaşdıran təbii bir sakitləşdiricidir. Tritofanı serotonin və melatoninə çevirən maqnezium çatışmazlığı yuxusuzluq problemi yaradır.

Bitki çayları

Çobanyastığı, kəklikotu kimi bitki çayları gecə yatmazdan əvvəl içildikdə rahat yatmanızı təmin edər. Çaylar sinirləri və əzələləri rahatlaşdıraraq yuxunu asanlaşdırır.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın