Menu
Geri İrəli

Şəkərdən imtina etdiyiniz zaman orqanizminizdə meydana gələcək 5 dəyişiklik

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 95 dəfə • Şərh yoxdur
Share Button
Şirniyyatı sevələr üçün şirniyyatdan və şəkərdən imtina etmək  asan iş deyil. Ancaq indi sadalayacağımız 5 səbəbdən sonra fikirləriniz dəyişəcək.
Moderator.az bildirir ki, şirniyat sevənlər təkcə kökəlməklə risk etmirlər. Həmçinin, sağlamlıqlarına da ciddi zərər vururlar.
 1. Dərinizdəki  sallanmalar və qırışlar azalacaq
Şəkər qəbulunu azaldaraq qırışlardan və sallanmalardan qurtulmaq mümkündür. Araşdırmalara görə, qandakı şəkərin miqdarı, nə qədər şəkər qəbul etdiyinizlə bağlıdır. Hüceyrələrdəki artıq qlikoza nəticəsində dəri elastikliyini itirir, sallanma və qırış artır. Mütəxəssislər, daha az şəkər yeməyin yaşlanma əlamətlərinin qarşısını aldığını bildirir.
2. Qarın və bel ətrafınızda daha az yağlanma olur
Qaraciyər, mədəaltı vəzi və bağırsaq kimi həyati orqanlarınızın ətrafını bürüyən yağ, ürək xəstəliyi və diabet riskini böyük ölçüdə artırır. 2016-cı ildə 1000 nəfər üzərində aparılan araşdırmaya görə, şəkər yeyən insanların daxili orqanlarındakı piylənmə, yeməyənlərə nisbətən daha çoxdur.
3. Özünüzü daha gümrah hiss edəcəksiniz
 
Şəkər tez həzm edilən və qana daha tez qarışan sadə karbohidratdır. Bu sadə karbohidrat sürətli bir şəkildə qana qarışdığı üçün, qısa müddətdə özünüzü daha sakit hiss etməyinizə səbəb olur.
4. Köklüyə yaxalanma riskiniz əhəmiyyətli dərəcədə azalacaq
 
Araşdırmalar, şəkər qəbulu və kilo alma arasında sıx əlaqə olduğunu göstərir. 1 çay qaşığı şəkər təxminən 16 kaloridir. Tərkibində bir neçə xörək qaşığı şəkər olan qidaları yeyərkən aldığınız kalori miqdarı 10 qat artır və bu kalori hərəkətsizliklə birləşəndə kilo olaraq bədəninizdə qalır.
5. Ürəyiniz daha sağlam olacaq
Güclü bir ürək sizi gün boyu sakit və gümrah tutar. Ancaq qidalanma rejiminizə daxil olan artıq şəkər, ürəyinizin zaman içində yorulmasına səbəb olur. Şəkər baxımından zəngin bir qidalanma rejimi nəticəsində, ürək problemlərindən ölmə ehtimalı yüksək olur.
 
 
Kamran
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın