Menu
Geri İrəli

Xərçəng xəstələri komediya filmləri izləsin – Türkiyənin ilk onkoloqu ilə MÜSAHİBƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 8 Sentyabr 2017 • Baxış sayı: 236 dəfə • Şərh yoxdur
ankoloqTürkiyənin ilk onkoloqu Professor Bülent Berkardanın müsahibəsi:
Öncədən qeyd edək ki, özünə aid və çox fərqli üsullardan istifadə edərək xərçəng müalicəsi tətbiq edən professor xərçəng xəstələrinə xəstəliyi məğlub etmələri üçün indiyədək heç yerdə eşitmədikləri bəzi sirrləri açıqlayıb.
- Türkiyənin ilk onkoloqu olaraq xərçəng xəstəliyinin son illərdəki artımını nəylə əlaqələndirirsiniz?
- Xərçəng son illərdə açıqlanmayacaq bir yüksəliş içərisindədir. Bunun ən mühüm səbəblərindən biri karbohidrat və şəkərlə zəngin qidalanmadır. Günümüzdə insanlar çox yemək yeyir və az hərəkət edir. Siqaret və hərəkətsizlik oksigen qəbulunu azaltdığı üçün xərçəngə zəmin hazırlayır.
Məqsəd daha çox dərman satmaqdır
- Kimyaterapiyanın yetərli olmadığını düşünənlərdənsiniz. Nə üçün?
- Çox zaman sırf Kimyaterapiya ilə xəstə sağalmır. Kimyaterapiya immunitet hüceyrələrini öldürdüyü üçün yan təsirlərə yol açır. Tibb fakültələrində hələ də yüksək dozada kimyaterapiya tətbiq edilməsi bildirilir. Ancaq bu tətbiqetmə faydadan çox zərər gətirir. Konqreslərdə hələ də yüksək dozada kimyaterapiya işlərindən danışılır və həkimlərə bu yalanlar diktə edilir. Məqsəd, əlbəttə ki, daha çox dərman satmaqdır.
Kimyaterapiya öncəsi insulin ilə troya atı müalicəsi
- Sizin müalicə üsulunuz necədir?
- Biz burada keçmişdə gördüyümüz yüksək dozada müalicəni qətiyyən tətbiq etmirik. Bizim burada apardığımız metronomlar kimyaterapiya dediyimiz aşağı dozada davamlı müalicədir. Normalda verilən dozanın dörddə birini veririk, amma hər həftə veririk. Beləliklə, yan təsirlər azalır və daha müsbət nəticələr alırıq. Buradakı ən əhəmiyyətli üsulumuz isə insulinlə kimyaterapiyadır. Bu üsul ilk olaraq Meksikada kəşf edilmiş və dünyada saylı mərkəzdə istifadə edilən bir üsuldur.
Bilirsiniz ki, xərçəng hüceyrələri şəkərlə yaşayır. İnsulin ilə qan şəkərini salıb xərçəng hüceyrələrini əvvəl çətinə salırıq. Bunlar şəkər axtarmağa başlayırlar və şəkər pəncərələrini açırlar. Biz də məhz bu zaman kimyaterapiya dərmanlarını şəkərli bir məhlul içində yeridirik. Bir növ Troya atı hiyləsi ilə xərçəng xəstəlikli hüceyrələri aldadırıq. Beləliklə, dərmanın təsirini ən az beş-altı qat artırmış oluruq.
Bədən temperaturunu 40 dərəcəyə çıxarmaq immuniteti qamçılayır
- Bir də bildiyimizə görə, qızdırma üsulundan istifadə edirsiniz…
- İnsulinlə kimyaterapiyanın təsirini yüksəltmək üçün burada bir də hipertermi üsulundan istifadə edirik. Hipertermi xüsusilə Almaniyada çox sıx istifadə edilən bir müalicə üsuludur. Xəstə 40 dərəcəyə qədər qızdıranda orqanizmdəki xəstə hüceyrələr daha tez tələf olur. Ölən xəstə hüceyrə sayı artır. Bədən temperaturunun yüksəldilməsinin bir başqa faydası da var. Bilirsiniz, insan xəstələnəndə hərarəti yüksəlir. Bunun səbəbi orqanizmin yüksək temperaturda immunitet hüceyrələrinin artırmasıdır. Hipertermi də eyni şəkildə xəstənin immunitet sistemini qamçılayaraq müalicəyə bu mənada da töhfə verir.
Zərdəçal (sarıkök) bir möcüzədir
- Bu müalicələrdən əlavə xərçəng xəstələrinə nələri tövsiyə edirsiniz?
- Bütün bunlar yetməz. Xəstənin xərçəngi bəsləyən karbohidrat və şəkərli qidaları da kəsməsi lazımdır. Makaron, plov, şirin, çörək, piroq, bulka qadağandır. Reishi göbələyi, Yapon göbələklərinin bir qarışığı olan PS Complex, CQ Complex, Koferment Q 10, Alpha Lipoic Acid və Omega 3-ü də qida möhkəmlətməsi olaraq tövsiyə edirəm. Xaricdə bunlarla bağlı aparılmış yüzlərlə elmi iş və yazılmış məqalə var. Bir də haqqında yüzlərlə məqalə yazılmış zərdəçal xərçəng müalicəsində bir möcüzədir.
- Qidalanma necə olmalıdır?
- Kələmlər çox mühümdür, kələm, gül kələm, brokoli, brüssel kələmi. Bunların içində sülforofanlar adlanan xərçəngə qarşı son dərəcə təsirli kükürdlü birləşmələr var. Xəstələrimə “hər gün süfrənizdə bir kələm olacaq, hətta bunları bəzən çiy yeyəcəksən” deyirəm. Mənim xəstələrim hər axşam bir ovuc qarağat yeyir. İçində bayağı xərçəng dərmanı var. Buğda ruşeymi də çox faydalıdır.
Xərçəng xəstələri komediya filmləri izləsin
- Xərçəng müalicəsində əhvalın əhəmiyyəti tez-tez vurğulanır. Əhvalın müalicəyə töhfəsi tam olaraq nədir?
- Əhval ruhiyyə bu işin yüzdə 25 faizini təşkil edir. Fikirlər beynində nöropeptit istehsalını şərtləndirir. Şən insan ilə kədərli insanın nöropeptitləri bir-birindən fərqlidir. Yaxşı şeylər fikirləşsən yaxşı nöropeptitlər istehsal edərsən. Bunlar qan vasitəsilə bütün bədənə yayılıb immunitet hüceyrələrini hərəkətə gətirir. Bir növ enerji hissəciyi kimi. Xəstələrimə şən insanlarla görüşməyi, şən kitablar oxuyub komediya filmləri izləmələrini təklif edirəm. Norman Kazanın bir kitabı vardır, orada “xərçəngi hər gün dörd dəfə Şarlo filmini izləyərək məğlub etdim” deyir.
- Xəstə əgər xoşbəxt deyisə yenə də şən filmlərin faydası varmı?
- Əslinə baxsanız səbəbsiz də gülmək olar. Xəstə səbəsiz yerə gündə iyirmi dəfə “Hahahahah” deyə gülə bilər. Amma bunu indi kimə deyəcəksən, bizim millət inanmaz belə şeylərə, şübhəlidir. Halbuki beyin onu həqiqət hesab edir, nə desən ona inanır. Qəhqəhə ilə gülüb yaxşıyam de, yaxşıyam deyər, pisəm desən pisəm deyər.
İnsan bədəni bir gəmi kimidir. Əmrləri kapitan verir, maşın dairəsi əmrləri yerinə yetirir. Bizdə də kapitan beyindir. Şüuraltı da maşın dairəsi. Təlqin çox əhəmiyyətlidir. Oturub gündə on dəfə bu gün çox yaxşıyam deyə şükür etsən, qaraciyərin, dalağın, ağciyərin ona görə çalışar. Elə kapitan yaxşıyıq desə, beyin yaxşı endorfin buraxar.
Yürüş və hündürlük qan hüceyrələrini çoxaldır
- Əvvəldə oksigensizliyin xərçəngə zəmin hazırladığını dediniz. Oksigen necə artırılır?
- Orqanizmə oksigen girişini artırmaq üçün də gündə ən azı yarım saat, bir saat yürüş etməlidir xəstə. İmkanı olan hiperbarik oksigen otağına girsin. Yüksəkliyin də qan hüceyrələrini çoxaltmaq təsiri vardır. Yüksək dağda eritropoetin aparır bədən. O da qan hüceyrələrini qamçılayır.
- Türkiyədə xərçəngin yetərli müalicə imkanları varmı?
- Amerikada nə varsa, Türkiyədə də eynisi aparılır. Amerikaya müalicəyə gedənlər boşuna gedir. Buradakı həkimlərin hamısı onsuz da Amerikada 3-5 il qalmış həkimlərdir. Müalicədə istifadə edilən dərmanlar da eynidir.
medicina.az
Facebook Şərhləndirmə:

Şərhinizi yazın