Sumqayıt karateçiləri İran səfərindən uğurla qayıtdı

478

22 fevral 2019-cu il tarixundə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov cari ilin 14-15 fevral tarixlərində İranın Astara şəhərində keçirimiş karatenin VKF versiyası üzrə uşaq, yeniyetmə, gənc və böyüklər arasında beynəlxalq turnirdə yüksək nailiyyətlər əldə etmiş şəhərin bir qrup idmançıları və onların məşqçiləri ilə görüşüb.

Tədbiri giriş sözü ilə açan Baş İdarənin rəisi Elgün Hümbətov idmançıları və onların məşqçilərini əldə etdikləri yüksək nailiyyətlər münasibəti ilə təbrik edərək dövlətin digər sahələr kimi bədən tərbiyəsi və idman sahəsinə göstərilən diqqət və qayğıdan, ulu öndər Heydər Əliyevin idman sahəsində gördüyü əvəzsiz işlərdən və onun layiqli davamçısı prezident İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirilməsindən, son dövrlərdə Azərbaycanın idman növləri üzrə yığma komandalarının tərkibində Sumqayt idmançılarının da əldə etdiyi nailiyyətlərdən, şəhər idmanının coğrafiyasının genişləndirilməsindən və yaradılan şəraitdən bəhs etdi.

Görüşdə çıxış edən məşqçi-müəllimlər Sənan Məhərrəmov və Mehman Əlirzayev ölkə və şəhər rəhbərliyinin onlara göstərdiyi qayğıya görə öz minnətdarlığını bildirdilər, bundan sonra da nailiyyətlərin əldə olunması üçün əzimlə çalışacaqlarını qeyd etdilər.

Yekunda məşqçi-müəllimlər nailliyyət əldə etmiş karateçilər haqqında məlumat verərək bildirildi ki, beynəlxalq turnirdə iştirak edən şəhər karateçiləri 7 qızıl, 1 gümüş və 1 bürünc olmaqla ümumilikdə 9 medal qazanmışlar.

Beləliklə Huseyn Əliyev (6-7 yaş) 19 kq, Mehdi Mustafayev (8-9 yaş) 25 kq, Nihad Bağıyev (8-9 yaş) +30 kq, Ayxan Vəliyəv (12- 13 yaş) 40kq, İlkin Dadaşov (14-15 yaş) 52 kq, Hacı Niftəliyev (16-17 yaş) 76 kq çəki dərəcələrində birinci, Sultan Şirinov (12-13 yaş) 30 kq çəkidə ikinci yerləri tutmuşlar. Əlavə olaraq İlki və Ayxan öz yaşıdları ilə yanaşı böyük yaş qrupunda da müvafiq olaraq qızıl və bürünc medallara sahib olmuşlar.

Sonda mükafatçılara və onların məşqçiləri ilə xatirə şəkilləri çəkildi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər