“Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən gənclərin maarifləndirmə tədbiri davam edir

364

30 avqust 2019-cu il tarixində Sumqayıt şəhərində Park restoranında Azərbaycan Respublikasının Mədəniyyət nazirliyinin maliyyə dəstəyi, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatı dəstəyi ilə “Sumqayıt tələbələri” İctimai Birliyi tərəfindən “İnformasiya texnologiyaları vasitəsilə Dağlıq Qarabağ münaqişəsi zamanı məhv olmuş maddi və mənəvi mədəniyyət nümunələri, tarix və mədəniyyət abidələri haqqında təbliğatın aparılması” layihəsiçərçivəsində növbəti tədbir keçirilmişdir.
Təlimdə şəhərin və ümumi təhsil müəssisələrinin şagirdləri, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gəncələr təşkilatlarının nümayəndələri, aktiv gənclər və kütləvi informaisya vasitələrinin nümayəndələri iştirak etmişlər.
“Sumqayıt tələbələri” İctimai Birliyinin sədriRüfət Mahmudzadə layihə iştirakçılarınıvə qonaqları salamlayaraq, onlara layihənin məqsədləri -gənclərin ictimai fəallığının artırılması, gənclərin ictimai fəaliyyətinin artırılmasında internetin rolunun əhəmiyyətli olması, İntenet resurslarında səmərəli istifadə vəQarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması barədə məlumat vermişdir.
Təlimçi tarixçi – ekspert “Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü və işğalın ağır nəticələri” kitabının həm müəllifi Ramil Süleymanov Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə düzgün çatdırılmasında internet texnologiyalarının, veb 2.0 alətlərlərinin istifadəsi qaydaları barədə məlumat vermişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər