Sumqayıtda gənc könüllülərin “Şahmat Turniri” keçirildi

326

Sumqayıt Şahmat Məktəbində şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş Sumqayıtın gənc könüllüləri arasında “Şahmat Turniri” keçirilib.

Tədbirdə çıxış edən Baş İdarənin rəis əvəzi Elgün Hümbətov turnirin Ulu Öndərin xatirəsinə həsr edildiyini və ölkə başçısı cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2017 – 2021-ci illərdə” dövlət proqramının müvafiq bəndlərinə uyğun olaraq gənclərin dünya görüşünü, intellektual səviyyəsini, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə keçirildiyini diqqətə çatdırıb.

Bildirildi ki, ölkədə gənclər siyasətinin banisi olan Heydər Əliyev gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab etmiş, dövlətin bütün sahələrində gənclərin iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. Bu gün də gənclərin inkişafı, onların dünya görüşünün artırılması, beynəlxalq arenaya inteqrasiyası dövlət siyasətinin prioritet istiqamətlərindən biridir.

Son illər Azərbaycanda keçirilmiş mötəbər tədbirlər ölkəmizdə gənc könüllülər ordusunun formalaşmasına təsirini göstərmişdir. Azərbaycan könüllülərlə bağlı qanun qəbul edən ilk ölkələrdəndir. “Azərbaycan Gəncliyi” Dövlət Proqramında da ölkəmizdə könüllülər hərəkatının stimullaşdırılması ilə bağlı xüsusi bənd vardır. Çıxışlarda həmçinin Gənclər və İdman Nazirliyinin o cümlədən şəhər rəhbərliyinin gənclərə göstərdiyi diqqət və qayğıdan geniş söhbət açıldı.

Turnirdə şəhərin müxtəlif sahələrini təmsil edən 10 komanda iştirak edib.

Gərgin və maraqlı şəraitdə keçən yarışın sonunda I yerə Sumqayıt Dövlət Universitetinin Şah, II yerə Sumqayıt Dövlət Texniki Kollecinin Kapitanlar, III yerə isə Sumqayıt Dövlət Universitetinin Zəfər komandaları layiq görülüblər.

Qaliblərə Baş İdarənin kubok, fəxri fərman və xatirə hədiyyələri təqdim olunub.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər