Sumqayıtda QORXUNC HADİSƏ – Sığorta şirkətinin işçiləri diri-diri yanaraq öldü

3926

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində “Atəşgah” sığortanın əməkdaşlarından biri ölüb, biri isə yaralıdır.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, sürücü Anar Nəsir oğlu Rzayev qəza zamanı ağır bədən xəsarətləri alıb.

O, hadisə yerində olan şəxslər tərəfindən xəstəxanaya çatdırılıb. Vəziyyətinin ağır olduğu bildirilir. Şirkətin avtomobildə olan digər əməkdaşı K.Atayev isə hadisə yerində aldığı xəsarətlərdən keçinib. Keçirilən ilkin avtotexniki ekspertizanın rəyinə əsasən, hadisə  “Mercedes” markalı avtomobilin yüksək sürətlə idarə olunması zamanı təkərinin partlaması olub.

**

Sumqayıtda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən şəxslərdən birinin adı məlum olub.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, “Mercedes” markalı avtomobil Atəşgah” sığorta şirkətinə məxsus “Hyundai-İX35” markalı avtomobillə toqquşan zaman aşaraq yanmağa başlayıb. Bu zaman avtomobilin içərisində yaralı olan və sıxılmış vəziyyətdə olduqları üçün çıxa bilməyən 2 nəfər yanıb. Onlardan birinin Kamran Füzuli oğlu Atayev olduğu müəyyənlişdirilib. Digər ölən şəxsin meyiti tamamilə yandığı üçün müəyyən etmək mümkün olmayıb.


 

*** 16:01

Sumqayıtda “Atəşgah” sığorta şirkətinin maşını qəzaya düşüb, 2 nəfər ölüb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, iki avtomobil – “Hyundai-İX35” və “Mercedes” toqquşub.

Qəza zamanı zərbənin gücündən “Mercedes” aşıb və qəfildən yanmağa başlayıb. Bu zaman avtomobildə yaralı vəziyyətdə olan 2 nəfər avtomobili tərk edə bilmədikləri üçün yanaraq kül olublar. Digər minik avtomobilində olan şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*

Facebook Şərhlər
Bənzər Xəbərlər