Menu
Geri İrəli

Məktəb direktoru onunla bağlı yayılan məlumatları təkzib etdi

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Noyabr 2013 • Baxış sayı: 667 dəfə • Şərh yoxdur


Bir neçə gün bundan əvvəl yerli mediada Sumqayıt şəhər 22 saylı tam orta məktəbin direktoru Tahirə Səfərova ilə bağlı şikayətə xarakterli məlumat yayılıb.

Məlumatda Nəcibə Əliyeva adlı şəxs tərəfindən göndərilən məktubda məktəb direktorunun yol verdiyi qanunsuzluqlardan və özbaşınalıqlarından söz açılıb. Məktubu bir daha sizlərə olduğu kimi təqdim edirik:

 “Sizə şikayətim Sumqayıt şəhər 22 saylı tam orta məktəbin direktoru Səfərova Tahirədəndir.

 Səfərova T. məktəbimizin direktoru vəzifəsinə təyin olunduqdan sonra məktəbin ümumi fəaliyyətinin normaya düşəcəyini ümid etdiksə də, ümidlərimiz puça çıxdı deyə bilərik. Direktorumuzun işə biganə münasibəti, müəllimlərə qarşı haqsız və məsuliyyətsiz yanaşması, vəzifə funksiyalarını əmək müqaviləsi üzrə yerinə yetirməməsi bizi bu problemləri məktəb hüdudlarından kənara yansıtmağa vadar etdi.

 Problemlərimizin ən mühümü direktorumuz Səfərova Tahirənin müəllimlərlə çox kobud danışması, “Burda qanun mənəm!!!”, “Qayda mən dediklərimdir!!!” kimi ifadələri işlətməsi və ən əsası dövlət müəssisəsindən şəxsi obyekti kimi istifadə etməsi, yəni bizim məktəbdə işləməyən repetitor müəllimləri məktəbə cəlb edib, dərs otaqlarını bizdən alıb, kirayə verməsidir. Biz dərs keçməyə otaq tapmırıq, çünki bizim otaqlarımız tanımadığımız repetitor müəllimlər tərəfindən kirayə götürülüb.

Məktəb direktorunun əsas vəzifəsi məktəb daxilindəki problemləri həll etmək, Təhsil Nazirliyinin verdiyi qərarları məktəbdə tanıtmaq və bunları icra etmək, məktəb büdcəsini uyğun formada şagirdlərin daha keyfiyyətli təhsil ala bilməsi üçün məktəbdə çatışmayan kitab, texnoloji avadanlıq kimi təhsil vasitələrinin alınmasına xərcləmək, dərs ili başlamazdan əvvəl müəllim kolleqaları ilə birlikdə toplantı keçirib uyğun illik dərs planı hazırlamaq və bunun kimi daha bir çox şeydir. Lakin çox təəssüflə qeyd etməliyəm ki, Səfərova Tahirə illik plan hazırlamaq yerinə təqvimdən bayramları sayıb bu il nə qədər pul çıxaracağını, bunu haralara xərcləyəcəyini hesablayır. Şagirdləri və müəllimləri qanuna uyğun olmayan tərzdə təhqir edir və şəxsiyyətlərini alçaldır ki, əslində bunlar onun səlahiyyətləri daxilində deyil. Bəlkə də o səlahiyyətlərindən və öhdəliklərindən bixəbərdir. Sizdən xahişim şikayətimi nəzərdən keçirib, bu barədə müvafiq işlər görəsiniz. Daha bir xahişimdə məktubun oxunub oxunmaması haqda məni məlumatlandırasınız… Ümidvaram ki, bu məktub “alçaq dağları mən yaratdım” havasında olan direktorumuzun işinə daha məsuliyyətlə yanaşmasına səbəb olar.”

 Xəbər agentliyi olaraq, bu şikayətin nə dərəcədə düz olub-olmamasını araşdırmaq üçün və eyni zamanda, qarşı tərəfin də fikirlərini öyrənmək məqsədi ilə 22 saylı tam orta məktəbdə olduq və direktor Tahirə Səfərova ilə geniş söhbət etdik. Direktor isəXeberLent.az vasitəsi ilə onun haqqında yayılan söz-söhbətlərə son qoydu:

 “İlk olaraq, bu xəbəri mənə Sumqayıt şəhər İcra Hakimiyyətinin təhsil şöbəsindən çatdırdılar. Daha sonra özüm mediadan bu xəbəri izlədim və şoka düşdüm. Ona görə ki, bizim Həzi Aslanovun adını daşıyan 22 saylı tam orta məktəbin kontingentində Nəcibə Əliyeva adlı nə texniki, nə də pedaqoji işçimiz yoxdur. Hətta mənə icra nümayəndəliyi və şəhər təhsil şöbəsi yayılan məlumatla bağlı sual ünvanlayanda mən onlara elə sizə dediyim cavabı verdim və bu məsələni tam təkzib edən rəsmi sənəd göndərdim. (sənədin şəklinə aşağıda baxa bilərsiz). Yəni mənim rəhbərlik etdiyim məktəbdə Nəcibə Əliyeva adlı bir şəxs yoxdur.

 O, kimdirsə və belə haqq-ədalət tərəfdarıdırsa qoy çıxsın ortaya və hər şeyi açıq aydın geniş ictimaiyyətə danışsın. Elə bunun üçün Nəcibə xanıma sizinlə və digər mətbuat orqanları ilə əlaqə saxlayıb açıqcasına hər şeyin düzünü deməsini məsləhət görərdim.

 O ki, qaldı mənim müəllimləri incitməyimə, məktəbdə dərs keçirilməyə şəraitin olmamasına və bir sözlə, bütün neqativ fikirlərə buyurub araşdıra bilərsiniz.

 Mənbə: XeberLent.az

direktor_597_420_90

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın