Menu
Geri İrəli

Ali məktəblərin statusu dəyişir

Müəllif: sumqayitxeber.com • Tarix: 19 Fevral 2015 • Baxış sayı: 715 dəfə • Şərh yoxdur
Share Button

Milli Meclis 2Azərbaycanda ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusu veriləcək.

Milli Məclisdən ANS PRESS-ə verilən məlumata görə, “Elm haqqında” yeni qanun layihəsində təklif olunur ki, ali təhsil müəssisəsinə “Tədqiqat universiteti” statusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilsin.

Tədqiqat universitetinin əsas vəzifələri təhsil verənlərin və təhsil alanların elmi-tədqiqat prosesinə fəal cəlb edilməsi yolu ilə elm və təhsilin real inteqrasiyasını təmin etmək, yeni biliklər yaratmaq, iqtisadiyyata (istehsalata) müasir texnologiyaları transfer etmək, geniş aspektli fundamental və tətbiqi elmi tədqiqatlar həyata keçirmək, magistr, yüksək ixtisaslı elmi kadr hazırlığı və əlavə təhsil proqramlarının inkişaf etmiş sistemini formalaşdırmaq, elmi nəticələri kommersiya əsasında sərbəst reallaşdırmaq, texnoparkların formalaşdırılmasına, biznes inkubatorlarının yaradılmasına nail olmaqdır.

Elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.

Layihədə qeyd edilir ki, elmi müəssisə və təşkilatlar və ali məktəblər elmi fəaliyyətin əlaqələndirilməsi, maddi, texniki, maliyyə və kadr resurslarından səmərəli istifadə olunması, vahid texnoloji prosesin (elmi tədqiqatın nəticələrinin istehsalata tətbiqinə qədər) təmin edilməsi məqsədi ilə hüquqi şəxs statusunda elmi mərkəzlər yarada bilər.

Qeyd edək ki, “Elm haqqında” qanun layihəsi Milli Məclisin fevralın 24-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın