Menu
Geri İrəli

Azərbaycan təhsilində yenilik

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Oktyabr 2015 • Baxış sayı: 500 dəfə • Şərh yoxdur

10736066

“İstedadsız uşaq olmur, əsas məsələ onun istedadını vaxtında aşkar etməkdir”. Bu səbəblə uşaqların “məlumat bankı” yaradılacaq.

Təhsilin inkişafı üzrə dövlət strategiyasında öz əksini tapan bu layihə paytaxtla yanaşı, regionları da əhatə edəcək.

“Məlumat bankı”nın üzvləri üçün məktəb və rayon daxilində bilik yarışları, müsabiqə və layihələr, intellektual oyunlar təşkil olunacaq. Onlar olimpiada hərəkatına cəlb olunacaq, beynəlxalq bilik yarışlarına göndəriləcəklər. İstedadlı uşaqlar üçün dərsdən əlavə konkret sahələr üzrə xüsusi məşğələlərin təşkil edilməsi də nəzərdə tutulur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın