Menu
Geri İrəli

Azərbaycanda 670 və 647 bal toplayan abituriyentlər ali məktəbdən imtina etdilər – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 29 May 2015 • Baxış sayı: 850 dəfə • Şərh yoxdur

2“Maddi cəhətdən elə də yüksək təminatlı ailədən deyilik”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 24-də ali təhsil müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.

Oxu.Az xəbər verir ki, sənəd verən 15 224 abituriyentdən 1227 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak edən 13 997 abituriyentdən 29 nəfəri qaydaları pozduğu üçün zaldan xaric olunub və nəticələri ləğv edilib.

Qalan 13 968 abituriyentin imtahan nəticələri bəlli olub.

Modern.az saytının əldə etdiyi məlumata görə, builki imtahanda həm I ixtisas, həm də IV ixtisas qrupu üzrə 600-dən yuxarı bal toplayıb tələbə adını qazanan iki nəfər var. Bunlar IV ixtisas qrupu üzrə 670 bal toplayan Nail Cəfərov və I ixtisas qrupu üzrə 647 bal toplayan Malik Məmmədovdur. Onlar keçən ildə yüksək bal toplayıblar, amma qəbul olunduqları ali məktəblərdən imtina ediblər.

Bu il yenidən tələbə adının sevincini yaşayan hər iki gənc öz təəssüratlarını bizimlə bölüşüb.

Nail Cəfərov:

“2014-cü ildə Qəbələ şəhər Nicat Ağayev adına 4 saylı tam orta məktəbi bitirmişəm. Ötən il 622 balla Tibb Universitetinin əczaçılıq fakültəsinə daxil olmuşdum. Lakin buranı istəmədiyim üçün təsdiq etməyə də getmədim. Bu il 670 bal yığmışam. Hələ orta məktəbin 9-cu sinfindən repetitor yanında hazırlaşmışam. Son bir il ərzində yalnız ötən illərdə keçdiyim dərslərin əsasında evdə hazırlaşmışam.

Bu nəticəni əldə edəcəyimi gözləyirdim. Məni tanıyanlar da bu nəticəni yox, prezident təqaüdçüsü olmağımı gözləyirdilər. Fasiləsiz rejimdə çalışmağım, özümə istirahət verməməyim, psixoloji cəhətdən hazır olmamağım imtahanda özümü tam göstərməməyə şərait yaratdı. Bu nəticədən yuxarı gözləyirdim. Yenə də şükürlər olsun. Arzum Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olmaq idi. Kodlaşdırmanı da bu fakültəyə uyğun yazacağam.

Bu nəticəni əldə etmək üçün daha çox qətiyyətlə çalışdım. Bu səviyyəyə çatdığım üçün əvvəlcə valideynlərimə borcluyam. Maddi cəhətdən elə də yüksək təminatlı ailədən deyilik. Bir il arzuma nail ola bilmədim, valideynlərim mənə dəstək olub, kömək edib. İkinci növbədə mənə təhsil verən müəllimlərimə təşəkkür edirəm”.

Malik Məmmədov:

“2014-cü ildə Gəncə şəhər 32 saylı tam orta məktəbindən məzun olmuşam. İkinci ildir ki, imtahan verirəm. Birinci il topladığım 448 balla Neft Akademiyasında neft mühəndisliyinə daxil olmaq şansım var idi, amma istəmədim. Əsas məqsədim Bakı Ali Neft Məktəbinə daxil olmaq idi.

Bir il ərzində hazırlığa getdiyim müəllimlərimi dəyişdim və üzərimdə daha çox çalışmağa başladım. Amma buna baxmayaraq, 647 bal topladım. Əsas çalışmaq idi, çalışdım və bu nəticəni əldə etdim.

İmtahanda 647 bal topladım, amma bundan daha çox nəticə əldə etməyə ümidli idim. Hədəfim 660 bal toplamaq idi. Çünki Bakı Ali Neft Məktəbinə keçid üçün 648 bal lazımdır. Bura daxil olmaq üçün mənim bir balım çatmır. Əgər bura daxil olsam, çox sevinərəm. Amma düşünürəm ki, göstərdiyim nəticə yaxşıdır, təəssüflənməyə dəyməz”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın