Menu
Geri İrəli

Azərbaycanda bu dərslik ləğv edilir

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Mart 2014 • Baxış sayı: 503 dəfə • Şərh yoxdur

53086

Orta məktəblərdə keçirilən “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” və “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərslikləri ləğv olunur.

Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyası ümumi “Coğrafiya” dərsliklərində tədris olunacaq.

ANS PRESS-in məlumatına görə, Təhsil Nazirliyi modern.az-ın sorğusunu təsdiq edib.

“8-ci sinifdə “Coğrafiya” fənni ləğv olunmur və bu sinif üçün “Coğrafiya” dərslik komplektinin hazırlanması məqsədilə Təhsil Nazirliyi tender elan edib. Ənənəvi proqramlar əsasında həmin sinifdə “Azərbaycan Respublikasının iqtisadi və sosial coğrafiyası” və “Azərbaycan Respublikasının fiziki coğrafiyası” dərsliklərində qoyulan problemlər yeni standartların tələblərinə əsasən 6-cı sinif dərsliyindən başlayaraq təqdim edilir. Yəni Azərbaycanın iqtisadi-sosial və fiziki coğrafiyasının standartlara əsasən tədris olunması nəzərdə tutulur”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın