Menu
Geri İrəli

Azərbaycanla Fransa universitetləri arasında müqavilə

Müəllif: sumqayitxeber.com • Tarix: 3 Noyabr 2015 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

02-03.11.15-1

Fransanın Müluz şəhərindəki Yuxarı Elzas Universitetində Nizamı Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının açılış mərasimindən sonra bu universitetlə Gəncə Dövlət Universiteti arasında çərçivə müqaviləsi imzalanıb.

Çərçivə müqaviləsinin əsas məqsədi Nizami Gəncəvi adına ədəbiyyat və mədəniyyət kafedrasının gələcək fəaliyyətini müəyyən etmək, Azərbaycan ilə Fransa arasında ədəbiyyat, mədəniyyət və elm sahələrində əlaqələrin inkişafına töhfə verməkdir.

Müqaviləyə əsasən hər iki universitet birgə seminarlar, konfranslar təşkil edəcək, tədris və tədqiqat sahəsində əməkdaşlığı genişləndirəcək, müəllim və tələbə mübadiləsi həyata keçirəcək.

Müqavilə Yuxarı Alzas Universitetinin rektoru Kristin Zieqler-Qanqloff və Azərbaycanın təhsil naziri adından Fransadakı səfirimiz Elçin Əmirbəyov tərəfindən imzalanıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın