Menu
Geri İrəli

Bakı Slavyan Universitetinə yeni rektor təyin edildi

Müəllif: sumqayitxeber.com • Tarix: 17 Mart 2014 • Baxış sayı: 490 dəfə • Şərh yoxdur

Ilham Eliyev Imzalanma 130510Azərbaycan Prezidenti İlham Əliyev Asif Hacıyevin Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru təyin edilsin.

Qeyd edək ki, Asif Hacıyev 3 aprel 1960-cı ildə Gürcüstan SSR-nin Borçalı mahalının Sarvan şəhərində anadan olub. 1977-ci ildə Bakı şəhər 246 saylı orta məktəbi, 1982-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini fərqlənmə diplomu ilə bitirib.

1982-1986-cı illərdə Cəmşid Naxçıvanski adına hərbi litseydə taqım komandiri işləyib, Bakı şəhər Xətai rayon gənc müəllimlər şurasının sədri olub.

1986-cı ildən Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda müəllim kimi fəaliyyətə başlayıb. Gənc alimlər şurasının, Tələbə Elmi Cəmiyyətinin sədri olub.

Rus ədəbiyyatı tarixi kafedrasında müəllim, dosent işləyib. 1992-ci ildən Ədəbiyyat nəzəriyyəsi kafedrasında çalışır, kafedranın professorudur. Ədəbiyyatşünaslığa giriş, ədəbiyyat nəzəriyyəsi, rus ədəbi tənqidi tarixi, poetika, ədəbiyyatşünasliğın tarixi və metodologiyası fənlərindən mühazirələr və xüsusi seminarlar aparır.

1987-ci ildə namizədlik, 1998-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib.

2000-ci ilin may ayından Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın