Menu
Geri İrəli

Bu tədris ilində dərslər mayın 31-də başa catacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Noyabr 2014 • Baxış sayı: 710 dəfə • Şərh yoxdur
Share Button

yeni_ders_iliNazirlər Kabinetinin qərarı bu ildən tətbiq olunmayacaq

Təhsil Nazirliyi Azərbaycanda ümumtəhsil məktəblərində dərs ilinin müddəti artırılması ilə bağlı məsələyə münasibət bildirib.

Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin 30 oktyabr qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə dərs ilinin müddəti ilə bağlı qəbul edilən normativ akt çərçivə sənədi olduğundan dərs ilinin nə vaxtdan uzadılacağı nazirliyin səlahiyyətlərinə daxildir.

Nazirlər Kabinetinin qərarı dərs ili başlandıqdan sonra qəbul edildiyi üçün cari tədris ilində dərslər mayın 31-də başa catacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın