Menu
Geri İrəli

Dünya universitetlərinin yeni reytinqi açıqlandı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Avqust 2016 • Baxış sayı: 734 dəfə • Şərh yoxdur

telebe universitetDünyanın ən yaxşı 500 universitetinin reytinqi tərtib edilib.

Axar.az xəbər verir ki, reytinq Şanxay Reytinq Təşkilatı (Shanghai Ranking Consultancy) tərəfindən tərtib edilib. Yeni hazırlanan reytinqə 14-cü dəfə ABŞ-ın Harvard Universiteti rəhbərlik edib. Reytinq cədvəlində ilk onluğa Berkli, Stenford, Kembric, Massaçusets, Priston, Oksford, Kolumbiya və Çikaqo universitetləri daxil olublar.

Keçmiş SSRİ ölkələrindən ilk beşyüzlüyə yalnız Estoniyanın Tartu Universiteti daxil olub. Reytinq cədvəlində həmçinin Türkiyədən 1, İrandan 2, Rusiyadan 3 universitet yer alıb. Yalnız Moskva Dövlət Universiteti ilk yüzlüyə daxil olaraq 87-ci pillədə qərarlaşıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın