Menu
Geri İrəli

“Gənclik və Vətənpərlik” layihəsi icra olunub

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2014 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur
Share Button

Sentyabr-oktyabr ayları ərzində Sumqayıt şəhərində Prezident yanında Gənclər Fondunun 5-ci qrant müsabiqəsi üzrə dəstəklənən “Gənclik və Vətənpərlik” layihəsi icra edilmişdir. Layihə çərçivəsində Sumqayıt şəhər fars-ingilis təməyüllü internat orta məktəbindən 30 rəsm çəkmək bacarıqları olan uşaqlar seçilmiş və bir ay ərzində peşəkar müəllimlər tərəfindən onlara təsviri-incəsənətin sirləri öyrədilmişdir.

Layihənin məqsədi Azərbaycanımızın böyüyən nəslində vətənpərlik hisslərinin artırılması, gənc məktəblilərin vətənə sevgi hissini öz çəkdikləri şəkillərdə bildirməsi idi. Keçirilən sərgidə uşaqların əl işləri peşəkar rəssamlar tərəfindən yüksək qiymətləndirilmiş və yekun olaraq ən yaxşı  işlərin sahibləri layihə rəhbəri tərəfindən hədiyyələrlə mükafatlandırılmışlar.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın