Menu
Geri İrəli

Həkim Vasif İsmayıl tələbələrə təlim keçib

Müəllif: sumqayitxeber.com • Tarix: 9 Aprel 2017 • Baxış sayı: 55 dəfə • Şərh yoxdur

Qərb Universiteti tələbələrinin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi üçün ardıcıl olaraq layihələr, tədbirlər həyata keçirir. Eyni zamanda mütəmadi olaraq universitetdə yerli və xarici peşəkar təlimçilərin iştirakı ilə seminar və treyninqlər, ayrı-ayrı sahələrin mütəxəssisləri ilə tələbələrin görüşləri təşkil edilir.

Aprelin 7-də universitetdə tanınmış həkim, tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayılın təlimi keçirilib. “Uğur yolunda xəyallar” adlı TEDx formatlı təlimdə təlimçi tələblərlə fikir mübadiləsi aparıb, şəxsi uğur formulu barədə danışıb, sağlam həyat tərzinin əsas prinsipləri barədə məlumatları diqqətə çatdırıb.

V.İsmayıl tələbələrə maraqlı polemikaya görə təşəkkür edib, Qərb Universitetində aldıqları təhsilin onların gələcək uğurları üçün yaxşı baza rolunda çıxış edəcəyinə əminliyini ifadə edib.

Sonda tələbələr qonağa xatirə hədiyyəsi təqdim ediblər.

17800259_1301654966548541_6536404466586025687_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın