Menu
Geri İrəli

I sinfə şagird qəbulunun vaxtı açıqlanıb

Müəllif: sumqayitxeber.com • Tarix: 25 Fevral 2016 • Baxış sayı: 873 dəfə • 1 şərh

Təhsil nazirinin 19 fevral 2016-cı iltarixli, 108 nömrəli əmrinə əsasən, 2016-2017-ci dərs ili üçün I sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçirilməsi prosesinə hazırlıq artıq yekunlaşmaq üzrədir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətindən (BŞTİ)APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhərinin ümumtəhsil məktəblərinə, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalarına elektron sistem vasitəsilə I sinfə şagird qəbulunun mart ayının əvvəlində başlaması nəzərdə tutulub: “Bu barədə yaxın günlərdə mediaya və ictimaiyyətə məlumat veriləcək”.

Qeyd olunub ki, şagirdlərin I sinfə elektron sənəd qəbulu www.mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Facebook Şərhləndirmə:

“I sinfə şagird qəbulunun vaxtı açıqlanıb” yazısına bir cavab

  1. Shahin deyir:

    2 otagli Ev kiraye verirem.200 azn.tel 556055002.ev 14 Kv da yerleshir.temirli bosh.

Şərhinizi yazın