Menu
Geri İrəli

Jurnalistikaya qəbul qaydaları dəyişdi -YENİ

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Mart 2014 • Baxış sayı: 502 dəfə • Şərh yoxdur
Share Button

ZE3eS3TA

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Jurnalistika” ixtisasına qəbulla bağlı yeni məlumat yayıb.

 

Komissiyanın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən III qrupun abituriyentləri elektron ərizələrinin təsdiqini təmin etdikdən sonra eservices.tqdk.gov.az/erizebak internet səhifəsində “Jurnalistika” ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı üçün nəzərdə tutulmuş bölməyə daxil olaraq qeydiyyatdan keçirlər.

Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən müvafiq müsabiqə şərtlərini ödədikləri halda, təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı “Jurnalistika” ixtisasını da seçə bilərlər.

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın