Menu
Geri İrəli

Magistraturaya qəbul imtahanlarının vaxtı dəyişdiriləcək

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Yanvar 2015 • Baxış sayı: 737 dəfə • Şərh yoxdur
Share Button

imtahan-esasTQDK məlumat yaydı.

Bu il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar ali təhsil müəssisələrinin magistratura pilləsinə keçiriləcək qəbul imtahanlarının vaxtı dəyişib.

Oxu.Az xəbər verir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının şöbə müdiri Natiq Əliyev bu gün keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı magistratura səviyyəsinə qəbul imtahanlarının qrafikində dəyişiklik nəzərdə tutulur.

“Həmin imtahanlar iyun ayında keçiriləcək Avropa Oyunları ilə üst-üstə düşür. Lakin buraxılış imtahanlarının qrafikində ciddi dəyişiklik gözlənilmir. Dəyişiklik olarsa, bu, yalnız Bakı şəhərini əhatə edəcək. Qrafik təsdiq olunduqdan sonra bu barədə geniş məlumat veriləcək”, – deyə, o bildirib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın