Menu
Geri İrəli

Mehriban Əliyeva: Təmirsiz məktəb qalmayacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Fevral 2014 • Baxış sayı: 421 dəfə • Şərh yoxdur

mehriban aliyevaSon on il ərzində Azərbaycanda 2700 yeni məktəb binası inşa olunub və yaxud əsaslı təmir edilib. Görülən işlər nəticəsində respublika üzrə bir milyondan çox şagirdin təhsil alma şəraiti yaxşılaşıb və ümumiyyətlə, orta məktəb təhsilinin maddi-texniki səviyyəsi müasir tələblərə cavab verir. Bunu Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva deyib. Onun rəhbərliyi fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı olub.

M.Əliyeva bildirib ki, 2005–ci ildə Heydər Əliyev Fondu tərəfindən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinə start verilib və bu layihə çox uğurla icra olunub. “Biz o zaman orta məktəblərdə olan problemləri cəmiyyətimizin diqqətinə çatdırdıq və qısa bir zamanda vətəndaş cəmiyyətinin müxtəlif strukturları, özəl sektor, iş adamları bu proqramı dəstəkləməyə başladılar”.

Azərbaycanın birinci xanımı növbəti beş ildə sahibkarlara güzəştli şərtlərlə bir milyard yarım manatadək kredit verilməsi gözlənildiyini deyib. Belə olan halda, əlbəttə, biznes strukturlarının sosial məsuliyyəti artmalıdır.

“Mən hesab edirəm ki, ölkəmizdə hər bir iş adamı mövcud sosial problemlərin həllində iştirak etməyə çalışmalıdır. Biznes strukturları ilə, özəl sektorla Heydər Əliyev Fondunun birgə səyləri nəticəsində qısa bir zamanda Azərbaycanda 412 yeni məktəb binası inşa olunub. Yararsız vəziyyətdə olan bütün məktəblər üçüncü regional İnkişaf Proqramı çərçivəsində təmir ediləcək. Artıq ölkəmizdə köhnə, təmirsiz, təhsil almaq üçün normal şəraiti olmayan məktəb qalmayacaq”.

Fondun prezidentinin sözlərinə görə, Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinə dəstək” layihəsinə çərçivəsində ölkəmizdə 32 uşaq evi və internat məktəbi ən müasir standartlara uyğun olaraq təmir edilib.

Bu gün ölkəmizdə fəaliyyət göstərən uşaq bağçalarının əksəriyyəti sovet dövründə tikilib. O zamandan bu günə qədər Azərbaycanda əhalinin sayı 25-30 faiz artıb. Mövcud bağçalar tələbatı təxminən 18-20 faiz səviyyəsində ödəyir. “Onu da nəzərə almalıyıq ki, son 10 il ərzində ölkəmizdə 1 milyon 200 min yeni iş yeri açılıb və bu gün bir çox ailələrdə valideynlərin ikisi də işləyir. Bu fakt özlüyündə yeni uşaq bağçalarının sayının artmasını tələb edir. Bu sahədə olan problemlərin həllinin cəmiyyətimiz üçün vacibliyini nəzərə alaraq mənim tapşırığımla Heydər Əliyev Fondunun mütəxəssisləri tərəfindən məktəbəqədər təhsil ocaqlarının mövcud vəziyyəti ilə bağlı araşdırmalar aparılıb və bir neçə ay davam edən bu işin nəticəsi üzrə geniş məlumat bazası yaradılıb”.

İlkin mərhələdə bu monitorinq yalnız Bakı şəhərində aparılıb. Gələcəkdə isə bu iş respublika üzrə də aparılacaq.

M.Əliyeva ölkədə təmirə ehtiyacı olan bütün bağçalarda təmir işləri aparılmalı, artan tələbatı ödəmək üçün yeni bağçalar tikilməli olduğunu vurğulayıb. Bundan əlavə yeni torpaq sahələri ayrılmalıdır ki, təzə bağçalar tikilsin. Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə 20 yeni uşaq bağçası inşa edilib. Bu gün Bakıda 124 uşaq bağçasında məcburi köçkünlər yerləşiblər. Ölkəmizin ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi təhsil sisteminə də böyük zərbə vurub.

Birinci xanıç Azərbaycanda özəl bağçaların sayının artırılmasının da dəstəklənməli olduğunu deyib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın