Menu
Geri İrəli

Məktəb direktoru: “Bizim indi qarşıya qoyduğumuz məqsəd budur ki, nəticələrimiz yüksək olsun”

Müəllif: sumqayitxeber.com • Tarix: 23 May 2016 • Baxış sayı: 1,392 dəfə • Şərh yoxdur
Share Button
mekteb3Bəyaz Novruzova: “Bizim indi qarşıya qoyduğumuz məqsəd budur ki, nəticələrimiz yüksək olsun”

Sumqayıt şəhər 34 nömrəli tam orta məktəbə getmişdim. Bu məktəbin son vaxtlar əldə etdiyi uğurlar haqqında yazmaq istəyirdim. Məktəbin həyətinə girəndə oradakı səliqə-sahman, gül-çiçəklər, ağaclar məni heyran etdi. Həm də bu təhsil ocağı mənim üçün bir də ona görə doğmadır ki, bu məktəbin yaradıcısı və uzun illər direktoru işləyən dostum Məzahir Əkbərov bura uğurla rəhbərlik edib. O, indi hal-hazırda təqaüddədir.

Məktəbin dəhlizinə girəndə orada olan tam sakitlikdən belə başa düşdüm ki, bu gün yəqin məktəbdə dərs yoxdur. Amma növbətçi qadın dedi ki, bütün siniflərdə dərs gedir. Açığı bunu çox bəyəndim. Çünki məktəblərin çoxunda siniflərdə dərs getməsinə baxmayaraq, dəhlizdə də səs-küy çox olur. Əmin oldum ki, bu məktəbdə təlim-tərbiyə çox yüksəkdir. Məktəbin dəhlizində təhsillə bağlı çoxlu şəkillər, plakatlar da diqqətimdən yayınmadı. Məktəbin direktoru olan otağa gəldim. Bəyaz müəlliməni uzun illər tanısam da, böyük ictimaiyyətçi olduğunu bilsəm də o, bu məktəbə rəhbərlik etdiyi vaxtda ilk dəfə idi ki, bu təhsil ocağına gəlirdim. Məktəbdə gedən təhsil prosesindən danışmazdan əvvəl, oxucuları Bəyaz müəllimə ilə tanış edirəm.

Qısa arayış: Bayaz Məhərrəm qızı Novruzova 21 iyun 1961-ci ildə Ağdaş şəhərində ziyalı ailəsində anadan olub. 1978-ci ildə Sumqayıt şəhər 24 nömrəli orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Ümumi Texniki fənlər fakültəsinə daxil olub və 1982-ci ildə həmin fakültəni bitirərək gənc mütəxəssiz kimi təyinatla Sumqayıt Şəhər Təhsil Şöbəsinin sərəncamına göndərilib. 1982-1984-cü illərdə Azərbaycan Xarici Dillər İnstitutunun nəzdindəki iki illik ingilis dili kursunda təhsil alıb. 1982-1987-ci illərdə Sumqayıt şəhər 13 nömrəli, 1986-1987-ci illərdə isə 24 nömrəli orta ümumtəhsil məktəblərində müəllim vəzifəsində çalışıb və eyni zamanda da Sumqayıt şəhər Gənc Müəllimlər şurasının üzvü olub.

1987-ci ilin oktyabr ayında Sumqayıt Şəhər Təhsil Şöbəsinin metodisti vəzifəsinə təyin olunub. İşlədiyi müddətdə təhsil sahəsində qabaqcıl təcrübənin öyrənib yayılmasında, innovasiyaların təhsilə tətbiqi sahəsində dövlətimizin irəli sürdüyü tələbləri həyata kecirməyə calışıb. 1994-cü ildə Respublika müəllimlərinin attestasiyasında “Ali kateqoriyalı müəllim” və 1996-cı ildə inzibati heyətin attestasiyası zamanı “Ali kateqoriyalı metodist” kateqoriyasına layiq görülüb. İqtisadiyyat fənni üzrə treninqlərdə iştirak edərək Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində “İqtisadiyyata giriş” fənnini tədris etmək hüququ və İKT üzrə AR Təhsil Nazirliyinin təşkil etdiyi “ECDL-Russian” təlimində “Beynəlxalq səviyyəli kompyüter istifadəçisi” adını qazanıb. Son illərdə İnformasiya Kommunikasiya texnologiyaları ilə bağlı bir sıra təlim və “master-klass”lar keçib və dəfələrlə “Aparıcı təlimçi” statusu alaraq Bakıda və regionlardaki ali və orta məktəb müəllimlərinə İKT–nin tədrisə tətbiqini öyrətmək məqsədi ilə bir çox layihələrin tədrisində iştirak edib. Layihədə calışan yeni təlimçilərin hazırlanmasında əməyi az olmayıb. 2009-cu ildə Sumqayıt İnformasiya Texnologiyaları Akademiyası adlı mərkəzin yaradılmısında fəal iştirak edib. 2001-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

- Bəyaz müəllimə, siz uzun illər təhsil sahəsində çalışsanız da ilk məktəbdir ki, artıq üç ildir rəhbərlik edirsiniz. Qisa vaxtda da böyük uğurlar əldə edibsiniz. Siz bu uğurlara necə nail oldunuz?

- Mən məktəbi qəbul edəndə bu məktəbə uzun illər idi ki, Məzahir müəllim rəhbərlik edirdi. Axır vaxtlar səhhətində problemlər olduğuna görə işlər o qədər də yaxşı getmirdi. Mənin birinci məqsədin o oldu ki, nizam-intizamı yüksətməklə şagirdləri məktəbə cəlb edim və davamiyyət yüksək olsun. Az vaxtda da buna nail olduq. Müəllimlərdən də tələbim şagirdlərə yüksək səviyyədə dərslər keçmək və onlara öz fənnlərini sevdirməkdir. Çalışdım ki, mənimlə şagirdlər arasinda heç bir baryer olmasın. Hər bir şagird istədiyi vaxt gəlib mənə öz problemlərini danışa bilir və məndən məsləhət ala bilir. Hətta öz müəllimləri ilə olan problemlərini də gəlib deyə bilirlər.

- Məktəblərə qarşı narazıçılığı, öz işlərinin öhdəsindən gələ bilməyən müəllimlər yaradır. Sizin məktəbdə belə müəllimlər varmı?

- Bəli var. Biz onlardan iş tələb edəndə, şagirdlərə yüksək bilik vermək tələb edəndə, onlar artıq söz-söhbətlər yaradırlar. Bu adamlar bu gün təhsildə gedən yenilikləri qəbul etmək istəmirlər. Dərd budur ki, müəllimləri nə biz işə götürmürük, nə də biz işdən çıxara bilmirik. Ən böyük problem də bundadır. Müəllim var ki, fikirləşir sagirdə şillə vurmaqla, təhqir etməklə ona nə isə öyrədə bilər. Belə olanda valideyin və məktəb arasında konflktlər yaranır. Məktəb direktoru kimi məcbursan ki, bu işləri yoluna qoyasan. Amma müəllim də var dərslərini elə yüksək səviyyədə keçir ki, şagirdlər böyük həvəslə həmin müəllimin dərslərində iştirak edirlər. Axı şagird məktəbə necə gəlirsə onun məktəbə də tələbi o cür olur. Əgər şagird məktəbdə yaxşı bilik alsa, məgər o hazirliq üçün başqa müəllimin yanına gedərmi? Əlbəttə, yox.

- Şagirdlər var ki, məktəbə gəlmək istəmirlər, məktəbi sevmirlər.

- Belə şagirdlərə məktəbi sevdirmək də biz müəllimlərin, məktəb rəhbərlərinin borcudur. Keçən əsrin 80-ci illərinə qədər biz şagirdlər müəlimlərə əlçatmaz bir varlıq kimi baxırdıq. Onlar həqiqətən də öz ömürlərini şagirdləri üçün şam kimi əridirdilər. Bax indi həmin ənənəni məktəblərdə hökmən davam etdirmək lazımdır.

Bu gün şagirdlərin məktəbə gəlməmsini iki qrupa bölmək olar. Aşağı siniflərdə bir problem var. Yuxarı siniflərdə başqa bir problem. İbtidai təhsil əgər yüksək olsa və 10-cu sinifə qədər şagirdlərə ciddi nəzarət olunsa, onlarda bütün dərslərə böyük maraq yaradılsa artıq birinci problem tam həll olunacaq və şagirdin repetitor yanına gedəsi, yəni ikinci problem olmayacaq.

- Əvvəllər məktəbdə maraq kursları vardı. Şagirdlər demək olar ki, bütün günü məktəbdə olur və vaxtlarını küçədə avara keçirmirdilər. İndi belə maraq kursları varmı?

-Həmin maraq kursları indi də var. Mən məktəbə rəhbərlik etdiyin ilk gündən çaxışiram ki, həmin maraq kursları daha maraqlı olsun. Bu maraq kurslarında da çox istedadlı uşaqlar üzə çıxır. Mənin ən böyük məqsədim əsl vətəndaş, millətini, Vətənini sevən vətənpərvər yetişdirməkdir. Daxilində bu hisslər yüksək olan şagird hökmən dərslərini də yaxşı oxuyacaq. Biz çalışırıq ki, şagirdləri çoxlu gəzintilərə, xalqımızın tarixi yerlərinə aparaq. Hacı Zeynəlabdin qəsəbəsindəki N saylı Hərbi hissələrə gedib, əsgərlərlə görüşürük. Onlara sovqatlar aparırıq. Konsert proqramı ilə onların qarşısında çıxış edirik. Məktəbimiz Mikayıl Müşfiqin adını daşıdığına görə iyunun 5-də onun Xızıdakı ev muzeyinə gedəcəyik. Bu da məktəb yaranan vaxtdan bir ənənə halını alıb. Bu gün çalışırıq ki, şagirdlər dərsdən sonra da məktəbdə qalıb, həm sabahkı dərslərini öyrənsinlər həm də həmin maraq kurslarında çox yaxından iştirak etsinlər və onların küçədə bekar gəzməyə vaxtları qalmasın. Bu üsulla uşaqlar məktəbə çox bağlandıqlarından hətta əsgərlikdən məzuniyyətə gələn şagirdlər hökmən məktəbə gəlib, bizimlə görüşürlər. Onlara nəsihətlər veririk.

-Məktəbinizin həyətinə girəndə gördüm ki, çoxlu ağaclar əkilib. Əvvəllər burda ağaclar az idi.

-Hörmətli İcra Hakimiyyərti başçımız Zakir Fərəcov işə başladığı ilk gündən bütün sahələrə fikir verdiyi kimi, şəhərin gözəlliyinə və yaraşığına da çox fikir verir. O, sentyabr ayının əvvəlində məktəbimizdə olanda müəllimlərlə söhbət edəndən sonra məktəbin hətyətinə baxanda dedi ki, məktəbin ərazisi çox böyükdür, amma həyətdə ağaclar azdır. Zakir müəllimin bu sözlərini özümuzə bir tapşırıq kimi qəbul etdik. Bu haqda hörmətli Millət vəkilimiz Muxtar Babayevdən xahiş etdik. O da sağ olsun ki, məktəb üçün 250 ağac təşkil etdi. Özü başda olmaqla həm Azerkimya İstehsalat Birliyinin işçilərı, həm müəllimlərimiz, şagirdlərimiz və həm də valideyinlər həmin ağac əkmə aksiyasında iştirak etdilər. Bu yaxınlarda isə məktəbin ərazisində 500-dən çox qızıl gül kolları da əkmişik. Məktəbin ərazisini də siniflər arasında bölmüşük və özləri ağaclara da, gül kollarına da qulluq edirlər. İnanıram ki, qısa vaxtda məktəbimizin həyəti yaxşı bir parka çevriləcək və həmin güllər də həyətə gözəllik verəcəklər. Mən onu da vurğulayım ki, əgər rəhbər sənin qaydına qalırsa, sən də çalışırsan yaxşı işləyəsən. Ona görə də bizim indi qarşıya qoyduğumuz məqsəd budur ki, çalışırıq nəticələrimiz yüksək olsun. Yüksək savadlı, böyük təfəkkürlü vətəndaşlar yetişdirək. Biz dünya xalqları arasında öz sözümüzü yalnız yüksək təfəkkürlü vətəndaşlarımızla deyə bilərik. Məktəbimizdə 1064 şagird var. Mən onların hamısını öz övladım bilirəm. Əgər məktəb direktoru belə fikirləşməsə və bütün şagirdləri öz övladları kimi sevməsə onda böyük uğurlar əldə edə bilməz.

Tərbiyə işləri üzrə direktor müavini Amalya Allahverdiyevanın dediklərindən:

- Bəyaz müəllimə bizim məktəbə rəhbərlik etdiyi bu üç il müddətində çox işlər görüb. Məktəbimizdə uşaqları təhsil alan 8 aztəminatlı ailə var. Hər il Novruz bayramı ərəfəsində yardım kompaniyası keçirib, şagirdlər öz evlərində bişirdiyi şirniyyatı və başqa məmulatları məktəbə gətirib, məktəbdə valideyin komitələrinin köməkliyi ilə bayram sovqatı kimi həmin ailələrə veririk. Məktəbimizin 10-11-ci sinif şagirdləri bu yaxın günlərdə N saylı hərbi hissədə olub və əsgərlərimizə 80 bağlamada corab, üz qirxan, ayaqqabı şotkası, ayaqqabı mazı və başqa şeylər hədiyyə ediblər. Üç ildir ki, məktəbimizdə bu ənənə də davam edir. Məktəbimizin 4 şəhidi var. Bunlar – Vüqar Məmmədov, İlqar Məmmədov, Taleh İbrahimov və Elvin Həsənovdur. Onların anım və ad günlərində də biz ailələrində oluruq, qəbirlərini ziyarət edirik. Hətta 8 mart Beynəlxalq qadınlar günündə şagirdləriniz və müəllimlərimiz gedib onların analarını evlərində təbrik edirlər.

Hər il məktəbdaxili yardımlaşma keçirərək 100-ə yaxın şagirdi məktəbli forması ilə təmin edirik. Məhz bunun nəticəsidir ki, təhsildən yayınan uşaqlar məktəbə cəlb olunurlar. Məktəbimizdə “Hərəyə bir ağac əkək” aksiyasi keçirilən vaxtı Millət vəkili cənab Muxtar Babayev soruşdu ki, məktəbinizə daha nə köməklik edə bilərik? Biz də dedik ki, Vahid adında bir şagirdimiz var maddi vəziyyətləri çox çətindir. O, 45 razmer ayaqqabı geyir. Elə həmin gün Muxtar müəllim ona iki cüt təzə ayaqqabı göndərdi. Vahid məktəbə gəlmirdi. Təhsildən yayınırdı. Muxtar müəllimin onunla görüşüb söhbət etməsindən sonra hər gün məktəbə gəlir və məktəbimizin ən aktiv şagirdlərindən biri olub. Məktəbdə keçirilən Yeni il şənliklərində və Novruz bayramı tədbirlərində də Şaxta baba və Kosa rollarında oynayır.

Bəyaz müəllimənin təklifi ilə 8 mart Beynəlxalq qadınlar günü bayramında müəllimlərimiz üçün belə bir sürpriz də təşkil etmişdik. Şagirdlər müəllimlərin şəkillərini özlərindən xəbərsiz tapıb, ətrafini gül-çiçəklə bəzəmişdilər. Onlara şeirlər, mahnılar həsr etmişdilər. Müəllimləri həmin otağa gələndə bu sürpriz coxunu gövrltmişdir.

-Eşitmişik bu ilin aprel ayının əvvəlində rəşadətli ordumuzun Qarabağ döyüşlərindəki böyük qələbəsindən sonra sizin çagirdlər hərbi hissələrdə olan əsgərlərə 100-dən çox məktub göndərib. Bu nədən qaynaqlandı?

-Məktəbimizdə hərbi-vətənpərvərlik çox yüksəkdir. Şagirdlərimiz Qarabağda olan hərbi hissələrə gedə bilmədiyindən biz də ASAN xidmətin yolu ilə orada hərbi hissələrdə xidmət edən əsgərlərə, “ Əsgərə məktub” adı ilə 500-ə yaxən məktublar göndərdik. İnanın onlar elə maradlı məktublar yazmışdılar ki, həmin məktubları həyacanslz oxumaq olmurdu.

- Şuşanın işğalı ilə bağlı da tədbir keçirmisiniz?

-Bəli. Biz işğal olunmuş rayonlarla bağlı mütəmadi tədbirlər keçiririk. Məktəbimizdə Şagird Özünü İdarəetmə Komitəsi var. Şagirdlər sözsüz ki müəllimlərin köməkliyi ilə orada özləri ssenarilər yazır və özləri də tədbirləri keçirirlər. May ayının 6-da məktəbimizin həyətində Şuşanın işğalı gününə həsr olunmuş “Biz Şuşaya qayıdacağıq” adlı çox izdihamlı bir tədbir keçirildi. Bu tədbirdə çoxlu valideyinlər də iştirak edirdi və onların da xoşuna gəldi. Bu tədbirdə hamı torpaqlarımızı azad etmək üçün hazır olduqlarını bildirdilər. Axı Vətən iman əsəridir. Onu qorumaq hər bir insanın müqəddəs borcu olmalıdır. Müəllimin də, şagirdin də, valideyinin də.

Ağalar İDRİSOĞLU, Əməkdər İncəsənət Xadimi

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın