Menu
Geri İrəli

Müəllimlər üçün növbəti təqaüd proqramı

Müəllif: sumqayitxeber.com • Tarix: 18 Oktyabr 2015 • Baxış sayı: 411 dəfə • Şərh yoxdur

Career-in-Teaching1

Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən məktəblərin IV sinfində dərs deyən ibtidai sinif müəllimləri üçün növbəti “Təməl” təqaüd proqramını elan edir.

Müsabiqə əsasında iki mərhələli seçimlə müəyyən ediləcək müəllimlər “Təməl” təqaüd proqramı çərçivəsində yeni format və məzmunlu təlimdə iştirak etmək hüququ qazanacaqlar. Yalnız informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə təlimlərdən müvəffəqiyyətlə keçmiş ali pedaqoji təhsilli müəllimlər təlimdə iştirak edə bilərlər. 120 saatlıq təlim kursunda iştirakçılar uşaq psixologiyası, pedaqoji ustalıq praktikumu (metodika və didaktika), sinfin idarəedilməsi, elektron tədris resurslarının hazırlanması ilə bağlı yeni yanaşmalarla tanış olacaqlar.

Təlim kursunu uğurla başa vuranlar yekun qiymətləndirmədə iştirak edəcəklər. İmtahanlarda qənaətbəxş nəticə göstərmiş iştirakçılara müvafiq sertifikat və təlim resursları təqdim olunacaq.

Təlimlərə qatılmaq istəyən müəllimlər ərizə formasını dolduraraq oktyabrın 28-dək temel@edu.gov.az elektron poçt ünvanına göndərməlidirlər.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın