Menu
Geri İrəli

Orta məktəb müəllimlərinə siqaret qadağası qoyula bilər

Müəllif: sumqayitxeber.com • Tarix: 23 Oktyabr 2015 • Baxış sayı: 304 dəfə • Şərh yoxdur

siqaret-756

Orta məktəblərdə müəllimlərə siqaret çəkmək qadağan edilə bilər.

Bu barədə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini deputat Musa Quliyev bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatdan sonra məktəblərdə də tütünsüz mühit yaratmağın vaxtı çatıb.

M. Quliyev bildirib ki, məktəblərdə müəllimlərin siqaret çəkməsini qadağan etmək şagirdlər arasında siqaret istifadəçilərinin də sayının azalmasına təsir göstərəcək: “Məktəb təlim-tərbiyə ocağıdır. Orada hansısa müəllim şagirdlərin gözü qarşısında siqaret çəkirsə, zərərli vərdişi təbliğ etmiş olur. Ona görə də, düşünürəm ki, bu məsələ gələcəkdə Milli Məclisdə müzakirəyə çıxarılmalı, qanuna salınmalıdır”.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın