Menu
Geri İrəli

“Şahin” hərbi-idman oyununun Sumqayıt şəhər birinciliyinə yekun vuruldu – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 15 Aprel 2016 • Baxış sayı: 507 dəfə • Şərh yoxdur
Share Button

shahin herbiAprelin 13-də Mehdi Hüseynzadə adına şəhər stadionunda Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyununun şəhər birinciliyinin final mərhələsi keçirilib.

Şəhər Gənclər və İdman Baş İdarəsindən “Yenisumqayit.az”a bildirilib ki, yarışın məqsədi yeniyetmə və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərməkdir.

Yarışın açılış mərasimində çıxış edən şəhər İcra Hakimiyyəti başçısının müavini Teymur Səmədov məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin vətənpərvərlik hisslərinin aşılanmasındakı əhəmiyyətindən danışaraq, bu oyunların şagirdlərə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətdiyini vurğulayıb. Qeyd olunub ki, cəbhə xəttində erməni silahlı birləşmələrinin təxribat əməllərinə Azərbaycan Ordusunun əks həmlələrlə layiqincə cavab verməsi, ölkəmizin hər yerində olduğu kimi şəhərimizdə də xüsusilə gənclər arasında böyük sevinclə qarşılanıb. Həmişə olduğu kimi bu gün də sumqayıtlılar torpaqlarımızın azad olunması üçün Ali Baş Komandanın hər bir əmrinə hazır olduqlarını, Azərbaycan bayrağının tezliklə işğal olunmuş torpaqlarımızda dalğalanacağına əmin olduqlarını bildirirlər.

Sonra torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Gərgin mübarizədən sonra İsmət Qayıbov adına 1 saylı tam orta məktəbin komandası hərbi-idman oyununun qalibi olub. 33 saylı tam orta məktəb II, Təbiət Elmləri Təmayüllü Gimnaziya III yerlərə layiq görülüb.

Qeyd edək ki, I yerə layiq görülmüş komanda “Şahin” hərbi-idman oyununun Quba rayonunda keçiriləcək zona mərhələsinə vəsiqə qazanıb.

“Şahin” hərbi-idman oyununun Sumqayıt şəhər birinciliyinə yekun vuruldu - FOTO

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın