Menu
Geri İrəli

Sentyabrın 21-də “Elektron təhsil” respublika müsabiqəsinə start veriləcək

Müəllif: Sumqayitxeber.com • Tarix: 7 Sentyabr 2015 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur

Sentyabrın 21-də “Elektron təhsil” respublika müsabiqəsinə start veriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, müsabiqənin keçirilməsinin məqsədi tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirmək və fəaliyyətlərini dəstəkləmək, yeni tədris üsulları barədə ölkənin təhsil ictimaiyyətini məlumatlandırmaq və tədris məqsədləri üçün informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin yeni formalarını axtarmaqdır.

Müsabiqə iki istiqamətdə altı nominasiya üzrə keçiriləcək.

Yekunda qaliblərə noutbuk, planşet, printer və digər qiymətli hədiyyələr təqdim olunacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın