Menu
Geri İrəli

Sumqayıt müəllimləri imtahan nəticələrini öyrənə bilərlər

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Dekabr 2015 • Baxış sayı: 2,310 dəfə • 1 şərh

imtahan9-13 dekabr tarixlərində Şirvan şəhərinin, Hacıqabul, İmişli, Saatlı və Sabirabad rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilib.

Təhsil Nazirliyinin mətbuat xidmətindənLent.az-a verilən məlumata görə, Şirvan Olimpiya İdman Kompleksində keçirilmiş diaqnostik qiymətləndirmədə 19 ümumi təhsil fənni üzrə 6500-dən çox müəllim, imtahana dəvət olunmuş müəllimlərin 98,4 faizi iştirak edib. İmtahanlar bitdikdən dərhal sonra diaqnostik qiymətləndirilmənin nəticələri açıqlanıb.

Müəllimlər Təhsil Nazirliyinin rəsmi saytından (www.dq.edu.az) şəxsi səhifələrinə daxil olaraq, nəticələri ilə tanış ola bilərlər.

Qeyd edək ki, 16-20 dekabr tarixlərində Sumqayıt şəhərinin, Abşeron və Qubadlı rayonlarının ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçiriləcək. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək imtahanlarda 9000-ə yaxın müəllimin iştirakı gözlənilir.

Facebook Şərhləndirmə:

“Sumqayıt müəllimləri imtahan nəticələrini öyrənə bilərlər” yazısına bir cavab

  1. Solmaz Cahangirova deyir:

    80 faiz bal toplamışam, necədir?

Şərhinizi yazın