Menu
Geri İrəli

Sumqayıt ümumtəhsil məktəblərinin şagirdləri tarix fənni üzrə biliklərini sınayıblar

Müəllif: sumqayitxeber.com • Tarix: 1 May 2017 • Baxış sayı: 391 dəfə • Şərh yoxdur

14935437026094426436_1000x669Sumqayıt Dövlət Universitetində (SDU) şagirdlərin iştirakı ilə tarix fənni üzrə ikigünlük olimpiadaya start verilib. Olimpiada Sumqayıt Şəhər Təhsil Şöbəsi və universitetin birgə təşkilatçılığı ilə reallaşıb.

SDU-dan AZƏRTAC–a bildirilib ki, bilik yarışına Sumqayıt şəhərinin 47 ümumtəhsil məktəbindən 8-11-ci siniflərdən 270-ə yaxın şagird qatılıb.

Olimpiadanın açılış mərasimində bilik yarışının əhəmiyyətindən söz açan universitetin dekanı Adil Baxşəliyev ali məktəbdə ənənəvi təşkil olunan müxtəlif fənnlər üzrə olimpiadalardan danışıb. Qeyd edilib ki, bu kimi yarışlar şagirdlərin təhsilə və biliyə yiyələnməyə marağını artırır, orta ümumtəhsil məktəbləri ilə universitetin əlaqələrini genişləndirmək imkanı yaradır.

Əlli sualdan ibarət olan imtahanda şagirdlərə 90 dəqiqə vaxt verilib və olimpiada test formasında aparılıb. Bilik yarışının nəticələri bu günlərdə açıqlanacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın