Menu
Geri İrəli

Sumqayıtda “Gələcəyə təşəbbüs” inşa-esse müsabiqəsinin təqdimatı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Aprel 2015 • Baxış sayı: 506 dəfə • Şərh yoxdur
Share Button
Sumqayıt Dövlət Universitetində (SDU) “British Council” və “PAŞA Bank”ın təşkilatçılığı ilə “Gələcəyə təşəbbüs 2015” inşa-esse müsabiqəsinin təqdimat mərasimi olub.

14288368452952321013_750x500SDU-dan AZƏRTAC–a bildirilib ki, tədbirdə ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən bu müsabiqənin məqsəd və əhəmiyyətindən danışılıb. Qeyd olunub ki, məqsəd tələbələrə ölkənin iqtisadi inkişafı və sosial-iqtisadi islahatların müzakirəsi üçün imkan yaratmaq, həmçinin gəncləri Azərbaycanın gələcək inkişafında daha fəal rol oynamağa sövq etməkdir.

Layihənin əsas fəaliyyəti Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təqdimatların keçirilməsi, inşa yazma qabilliyyəti, istinad və plaqiatçılıq mövzuları üzrə seçilmiş tələbələrə təlimlərin keçirilməsi və təlim keçmiş namizədlər tərəfindən inşaların yazılmasından ibarətdir.

Diqqətə çatdırılıb ki, iştirakçılar Azərbaycan vətəndaşı və təqdimat üçün nəzərdə tutulan ali təhsil müəssisələrinin 18-22 yaşlı tələbələri olmalıdırlar. Müsabiqə layihədə iştirak etmək üçün müraciət etmiş səkkiz universitet, o cümlədən SDU-da təhsil alan tələbələr arasında keçiriləcək.

Bildirilib ki, müsabiqənin üç qalibi iyul-avqust aylarında Böyük Britaniyanın aparıcı universitetlərindən birində yay məktəbində iştirak edəcək. Həmçinin, finalçılara layihədə uğurlu iştiraka görə “PAŞA Bank” və “British Council” təşkilatı tərəfindən sertifikat və qiymətli hədiyyələr təqdim olunacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın