Menu
Geri İrəli

Sumqayıtda şagird elmi-praktik konfransı keçirilib

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Mart 2014 • Baxış sayı: 420 dəfə • Şərh yoxdur

konfransSumqayıt Şəhər İcra Hakimiyyətində “Azərbaycanın dövlətçilik tarixi” çərçivəsində “Qarabağın tarixi” mövzusunda şagird elmi-praktik konfransı keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransda müvafiq mövzunun şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından böyük əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılmışdır.
Konfransda Azərbaycan tarixinin ən qədim dövrlərindən indiyədək baş vermiş hadisələrin və Qarabağın tarixinin hər kəsin, xüsusilə gənclərin dərindən bilmələrinin vacib olduğu vurğulanmışdır.
Bildirilmişdir ki, məktəblilərin vətənpərvərlik hisslərinin gücləndirilməsi, dövlətçilik tariximizin daha dərindən öyrənilməsi, şagirdlərdə elmi-tədqiqat vərdişlərinin formalaşdırılması məqsədilə Azərbaycan tarixinə həsr olunan konfransların təşkili artıq gözəl ənənəyə çevrilmişdir.
Cari dərs ilində də “Azərbaycanın dövlətçilik tarixi” çərçivəsində “Qarabağın tarixi”nə həsr olunmuş silsilə müsabiqələrin keçirilməsinə başlanmışdır. Bu məqsədlə yaradılmış təşkilat komitəsi “Qarabağın tarixi”nə həsr olunmuş 18 mövzu müəyyənləşdirmişdir. Ən qədim zamanlardan dövrümüzədək olan tarixi əhatə edən müvafiq mövzular şəhərin bütün məktəblərinin VII-XI sinif şagirdləri tərəfindən tarix müəllimlərinin rəhbərliyi altında işlənmişdir. Məktəblərin müsabiqələrindən qalib seçilən işlər təşkilat komitəsinə təqdim olunmuşdur. Ümumilikdə, 48 məktəbdən qəbul edilən işlərdən 18-i konfransa vəsiqə qazanmışdır.
Konfransda “Azərbaycanın tarixi-coğrafiyasında “Qarabağın yeri”, “Qarabağın tarixi abidələri”, “Qarabağ bölgəsinin inzibati-ərazi bölgüsünün müasir təsviri”, “Ərəb xilafəti dövründə Qarabağın qriqonianlaşdırılması və erməniləşdirilməsi cəhdlərinin başlanması”, “Qarabağ ərazisi Rusiya imperiyasının siyasi məqsədlərində”, “Qarabağda erməni qırğınlarına qarşı “Difai” təşkilatının mübarizəsi”, “Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə” və digər mövzularda məruzələr dinlənilmişdir.
Sonra çıxış edən şagirdlərə qiymətli hədiyyələr təqdim edilmişdir. Xüsusilə fərqlənən 3 nəfər şagird və onların müəllimləri isə mükafatlandırılmışlar.

Ətrabə Rzayeva

Facebook Şərhləndirmə:

Şərhinizi yazın