Menu
Geri İrəli

Sumqayıtda “Tiamo Kids” Dahi Uşaqlar Mərkəzi fəaliyyətə başladı

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Mart 2015 • Baxış sayı: 2,518 dəfə • Şərh yoxdur

11029749_809391045807566_1215508851_oKiçik yaşlarından qoyulan düzgün təməl, gələcək üçün uşaqlarınıza qoyduğunuz böyük bir sərmayədir. Bütün uşaqlar anadan dahi doğulur. Valideynlər diqqətli olmalı, uşaqları düzgün yönləndirməlidirlər. Bunun üçün müxtəlif bağçalar, kurslar fəaliyyət göstərirlər. Bu mərkəzlərə gedən uşaqlar müxtəlif bilik və bacarıqlara yiyələnməklə yanaşı, onlarda məktəb fobiyası aradan qaldırılır, özünə inam artır, digər uşaqlarla ünsiyyət qurma bacarığı, intelektual səviyyəsi, dünya görüşü  inkişaf edir.

Belə kurslardan biri də Sumqayıtda yeni  fəaliyyətə başlayan Tiamo Kids Dahi Uşaqlar Mərkəzidir. Mart ayının 7-si mərkəzin açılışı oldu. Açılışda Tiamo şirkətinin Azərbaycandakı təmsilçiliyinin baş direktoru Cəlaləddin Polat, Tiamo Xətai şöbəsinin direktoru  Reyhan Əliyeva, Sumqayıt şəhər Təhsil Şöbəsinin nümayəndəsi Ulduz Namazova, 34 saylı məktəbin direktoru Bəyaz Novruzova, Sumqayıtxəbər.com xəbər portalının baş redaktoru Eyvaz Qocayev və digər qonaqlar iştirak etdilər.

 Tiamo mental aritmetik 4-12 yaş arası uşaqların zəka inkişafı proqramıdır.Vasitə olaraq riyaziyyatdan istifadə edilir və bir neçə aydan sonra uşaqlar riyazi hesablamaları zehinlərindən apara bilirlər. Tiamo artıq 4-cü ildirki Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərir.

Tiamonun Türkiyənin ayrı-ayrı şəhərlərində 100 dən çox , Qazaxıstanda 4, Qırğızıstanda 1, Rusiyada, Azərbaycanda isə rəsmi olaraq  4-cü ildir, şöbələri fəaliyyət göstərir. Tiamo fəaliyyəti dövründə birinciliyini qoruyub saxlayıb. 2014-cü ilin aprel ayında Azərbaycanda ”Odlar Yurdu” universitetində 1-ci olimpiadasını keçirib. Dəfələrlə tv verlişlərində uşaqların  maraqlı çıxışlarını canlı olaraq nümayiş etdirib. Azərbaycanda 3 və 4 rəqəmli ədədlərin hesablanması, kursu qısa müddətə bitirmə (4-7 aya), eyni anda bir neçə işi görə bilmə (uşaqların hesablamaları şeir söyləyərək, rəqs edərək, zəka oyunu oynayaraq aparması) ancaq və ancaq TİAMOdadır. Tiamonun hal-hazırda 12 şöbəsi: Bakıda, Sumqayıtda, Mingəçevirdə, Gəncədə və Lənkəranda şöbələri fəaliyyət göstərir.

Uşaqların hərtərəfli inkişafı üçün tədris olunan TİAMO mental aritmetik qısa bir müddətdə uşaqlarda  yaddaş, qavrama, özünə inam, məntiq, sürətli düşünmə və düzgün qərar vermə bacarıqlarını inkişaf etdirir, riyazi hesablamaların çox sürətlə aparılmasını təmin edir.

 

Daha sonra Mərkəzin rəhbəri İradə xanım valideynləri Tiamonun özəllikləri haqqında ətraflı məlumatlandırdı:

-Dərslərdə qrup sayı 1-5 nəfərdən ibarətdir.

-Uşaqlar 3 – 5 – 8 dərsə 2-3 rəqəmli ədədləri zehindən hesablayırlar.

-Həftə ərzində ödənişsiz əlavə dərslər keçirilir.

-Eyni anda fikri bir neçə yerə cəmləmə (95% tələbələr hesabları mahnı oxuya, şeer söyləyə və rəqs edə-edə aparırlar).

-Kursu 8 ay-1 il deyil, artıq 4 – 7 aya qədər bitirə bilirlər.

-Dərs zamanı zəkanın inkişafı təkcə riyazi hesablamalarla deyil, xüsusi rəngləmələr, tiamoya aid zəka oyuncaqları və internet üzərindən olan digər oyunlarla, aparılır.

-Aylıq valideyn iclasları kecirilir və onlara tələbələrin irəliləmə sürəti haqqında hesabat verilir, fikir və təkliflər dinlənilir.

Növbəti çıxış 5-9 yaş arası uşaqların (Vurgun-5 yaş, Rəhman 6 yaş, Əliyar 6 yaş, Ləman 9 yaş) 2-3-4 rəqəmli ədədləri canlı olaraq necə asanlıqla hesablamaları oldu. Məhərrəmli Rəhmanın 6 yaşı olmasına baxmayaraq, o yerlerdən söylənilən 4 rəqəmli ədədləri asanlıqla hesablayırdı. Digər uşaqların da maraqlı çıxışları tədbiri daha maraqlı etdi. Kloun uşaqlarla viktarinalar keçirərək, onları musiqi sədaları altında əyləndirdi və qaliblərə Tiamo Kids-in  hazırladığı xüsusi hədiyyələri təqdim etdi.

Daha sonra Tiamo şirkətinin baş direktoru Cəlaləddin Polad  lenti kəsdi. Qonaqlar və valideynlər otaqları gəzərək mərkəzlə daha yaxından tanış oldular.

İradə xanımın söylədiklərinə görə, müəllimlər 1 ay müddətində TİAMO proqramı üzrə baş şöbədə  xüsusi kurs keçərək sertifikatla təmin olunmuşdur. Digər proqramlar üzrə dərs keçən bütün müəllimlər ali təhsilli və yüksək təcrübəyə malik peşəkar, uşaqlarla işləmə qabiliyyətinə malik insanlardır.

Mərkəz açılışla bağlı xüsusi endirimlər də edib.  TİAMO proqramı üzrə qeydiyyata düşən uşaqlar üçün hədiyyə olaraq 1 ay ödənişsiz 4 proqramın ( Yaddaş texnikası, İngilis dili, Kompyuter və Şahmat dərsləri ) tədrisini öz üzərinə götürmüşdür. 1 evdən 2 uşaq kurslarda iştirak edərsə, onlara da xüsusi güzəştlər təyin olunub.

Tiamo Kids Dahi Uşaqlar Mərkəzinin kollektivinə başladıqları bu səmərəli işdə müvəffəqiyyətlər arzulayırıq. Gözəl nəticələri ilə şəhərimizin azyaşlı sakinlərini sevindirsinlər.

Youtube.com : Tiamo Kids Dahi Uşaqlar Mərkəzi
İnstagram : Tiamokidsdahiuşaqlar 
Email : tiamokids.sumqayit@gmail.com
TELEFON : 070-810-91-60
Sayt- http://tiamo.com.tr/
Ünvan : Sumqayıt, 13-cü mk/rn, bina 2, Şərq Bazarı ilə üzbəüz

Facebook Şərhləndirmə:

Şərhinizi yazın