Menu
Geri İrəli

Sumqayıtı təmsil edən gənclər mükafatlandırıldı

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Dekabr 2013 • Baxış sayı: 732 dəfə • Şərh yoxdur

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə  Bakı şəhərində “Park İNN” mehmanxanasında keçirilən “İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində Olimpiyadanın Final mərhələsi təşkil olunub.

Final mərhələsinə 3 onlayn turunda iştirak etmiş və 7 baldan yuxarı nəticə göstərmiş 90 nəfər yeniyetmə vəsiqə qazanmışdır ki, bunlardanda 4 nəfəri Sumqayıt şəhərini təmsil edib.

Final turunda gənclərin bilikləri fizika, kimiya və riyaziyyat fənləri üzrə sınağa çəkilib.

Gərgin keçən mübarizədən sonra Sumqayıt şəhərini təmsil edən gənclər –  Nizami Gəncəvi adına Texniki və Təbiət Elmləri Liseyinin şagirdləri – Leyla Gəncəliyeva, Mərdan Səfərov və Ləman Səfərli gümüş, 24 nömrəli tam orta məktəbin şagirdi Seymur Rəhimov isə bürünc medal qazanıb.

Mükafatlandırma mərasimində isə gənclərə Gənclər və İdman Nazirliyinin diplomu və digər qiymətli hədiyyələr verilib.

sumqayit-sagird

 

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın