Menu
Geri İrəli

Sumqayıtlı gəncin uğuru

Müəllif: sumqayitxeber.com • Tarix: 24 Dekabr 2015 • Baxış sayı: 918 dəfə • Şərh yoxdur
Share Button

xeyale quliyevaQuliyeva Xəyalə Xeyrullah qızı 1985 ci ildə Sumqayıt şəhərində anadan olub. Elə Sumqayıt şəhərində həm orta, həm də ali təhsilini alan Quliyeva Xəyalə 2005 ci ildə SDU(Sumqayıt Dövlət Universiteti)-ni bitirmiş və  2006-cı ildə Sumqayıt şəhəri 29 nömrəli  tam orta məktəbdə  Azərbaycan dili və ədəbiyyat  müəllimi  kimi fəaliyyətə başlamışdır. Çox gənc olmasına baxmayaraq fəaliyyət müddətində bir çox nailiyyətlərə imza atmağa müvəffəq olmuşdur. O, öz üzərində işləmək, təcrübəsini artırmaq məqsədilə, Təhsil Naziliyi tərəfindən təşkil edilmiş kurslara qoşulmuşdur. Sözügedən kursları təşkil edən   Təhsil Nazirliyinin nümayəndələri tərəfindən kurslarda, seminarlarda müəllimlərə dərs demək məqsədilə çağırılmış və indiyə qədər bir çox layihələrdə təlimçi kimi çalışmış və çalışmaqdadır. Təbii ki, seminarlara qoşulduqdan sonra Xəyalə Quliyeva fəaliyyətini daha da artırmış, bu istiqamətdə məktəb və təhsil sahəsi üçün xeyli işlər görmüşdür.

Daima yenilik axtarışında olması onu bir çox müsabiqələrə aparıb çıxartmışdır. Belə ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən bir çox müsabiqələrdə iştirak etmiş və qalib gəlmişdir. Buna misal olaraq 2013 –cü ildə Elektron Təhsil müsabiqəsindən fərqlənmə diplomu ilə, eyni müsabiqədə 2014 cü  “Təhsil Portalında (www.edu.az) yerləşdirilmiş resurslardan istifadə edilməklə qurulan ən yaxşı dərs/tədris layihəsi nümunəsi” nominasiyası üzrə” I yer diplomu ilə təltif olunmanı göstərmək olar. Eyni zamanda 2015-ci il Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Milli Bankı tərəfindən keçirilən “Həyat bilgisi və maliyyə savadlılığı”  respublika müsabiqəsində III yer diplomu ilə təltif olunmuşdur.

Elektron lövhə proqramlarını çox gözəl bilir ,eləcə də İKT sahəsində gözəl bilik və bacarığa malikdir. Bu sahə üzrə 2015-ci ildə Sumqayıt şəhərində təşkil olunmuş “Fənn aylıqları” çərçivəsində Azərbaycan dilindən elektron lövhə ilə qurduğu dərs nümunəsinə görə Sumqayıt şəhər Təhsil Şöbəsindən “Ən yaxşı dərs” Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Məktəbdə bir çox tədbirlərin hazırlanmasında aktiv iştirak edir. Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr olunmuş bədii gecənin təşkil olunmasında, maraqlı səhnəciklərin hazırlanmasını təşkil etmişdir.

Bundan başqa şagirdlərlə maraqlı beynəlxalq layihələrə qoşulan Xəyalə müəllimə “eTwininigplus” layihəsi çərçivəsində Ukrayina ilə əməkdaşlıq etmiş, məktəblər arasında körpü yaratmağa nail olmuşdur. Ən son imza atdığı layihə isə “Su qoruqçuları” layihəsidir ki, MDB ölkələri ilə birlikdə göstərdiyi əməkdaşlığa görə beynəlxalq diplom və təşəkkür məktubu ilə qiymətləndirilmişdir.

 2014/2015-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə qalibilərindən biri olan Xəyalə Quliyevaya gənc olmasına baxmayaraq seçdiyi bu şərəfli və uğurlu yolda daim uca zirvələrdə addımlamağı arzu edirik.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın