Menu
Geri İrəli

Sumqayıtlı Mərkəz rəhbərinə Bakıda vəzifə verildi

Müəllif: sumqayitxeber.com • Tarix: 5 Sentyabr 2016 • Baxış sayı: 700 dəfə • Şərh yoxdur
emilyaSumqayıt şəhər Təhsil Şöbəsinin Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin direktoru Emilya  Mizandar qızı Səfərəliyeva  yeni vəzifəyə təyin olunub. Belə ki, o bundan sonra Bakı şəhər Nərimanov rayonu Novruzov qardaşları adına 36 №-li orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışacaq. Bununla bağlı Təhsil naziri Mikayıl Cabbarov müvafiq əmr imzalayıb.
E.Səfərəliyeva bu vəzifədə İradə Babayevanı əvəz edəcək.
Xatırladaq ki, E.Səfərəliyeva  Təhsil  Nazirliyinin və Qafqaz Universitetinin 11.01.2016-20.05.2016 tarixləri arasında birgə təşkil etdiyi “Məktəb  direktorlarının hazırlığı kursu” adlı 180 saatlıq təlim kursunu müvəffəqiyyətlə tamamlayaraq sertifikata layiq görülüb.
Onu da əlavə edək ki, E.Səfərəliyeva Sumqayıtdakı fəaliyyəti dövründə ekoloji mövzuda bir sıra kreativ layihələrin təşəbbüskarı və təşkilatçısı kimi çıxış edib. 168saat.com
Facebook Şərhləndirmə:

Şərhinizi yazın