Menu
Geri İrəli

Tədris Mərkəzi Mübariz İbrahimovun adını daşıyan filial açdı

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Sentyabr 2016 • Baxış sayı: 385 dəfə • Şərh yoxdur

reducoReduco Tədris Mərkəzinin növbəti – üçüncü filialı fəaliyyətə başlayıb. SİA-nın məlumatına görə, bu vaxta qədər Bakı və Sumqayıtda xidmət göstərən Mərkəzin Şəmkirdə üçüncü filialı açılıb. Şəmkir filialı Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyır.

Açılış mərasiminə Milli Qəhrəmanın qardaşı Rəşad İbrahimov da qatılıb.

Məlumat üçün deyək ki, Reduco Tədris Mərkəzi dünyanın bir sıra nüfuzlu təhsil ocaqları ilə əməkdaşlıq edir, IELTS-in ölkə üzrə isə 5 rəsmi imtahan mərkəzindən biridir. Eyni zamanda ACCA, Pearson kimi beynəlxalq dərəcəli imtahanların da rəsmi imtahan hüququ Reduco TM-yə məxsusdur.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın