Menu
Geri İrəli

Xaricdə oxumaq istəyirsiniz? Yenilikdən xəbəriniz var?

Müəllif: sumqayitxeber.com • Tarix: 14 Fevral 2014 • Baxış sayı: 553 dəfə • Şərh yoxdur

telebe002014-2015-ci tədris ili üçün “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində namizədlərin seçimi prosesində xarici ali təhsil müəssisələrinə magistratura və doktorantura təhsil səviyyələri üzrə qəbul olunmuş gənclərə üstünlük veriləcək.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, seçim prosesi çərçivəsində bərabər göstəricilərə malik olan namizədlər arasında magistratura və doktorantura səviyyələri üzrə müraciət edən şəxslər bakalavr səviyyəsi üzrə müraciət edənlərlə müqayisədə daha böyük çəkiyə malik olacaqlar.

2014-2015-ci tədris ilində azərbaycanlı gənclər Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil ala biləcəklər.

Xaricdə təhsil almaq istəyənlər üçün müvafiq siyahı qüvvəyə minənədək, yəni 10 fevral 2014-cü il tarixinə qədər xarici ölkələrin ali təhsil müəssisələrinə qəbul olunmuş şəxslər üçün 2013-2014-cü tədris ili üzrə təsdiq edilmiş siyahı etibarlı hesab ediləcək.

Təhsil Nazirliyi 2014-2015-ci tədris ili üçün Dövlət Proqramı çərçivəsində sənəd qəbulu prosesinin başlanması və başa çatması tarixləri haqqında ictimaiyyətə əlavə məlumat verəcək. Hazırda Təhsil Nazirliyi sənəd qəbulu prosesinin daha səmərəli təşkili məqsədilə hazırlıq işləri həyata keçirilir.

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin 2014-2015-ci tədris ilində xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları artıq (http://edu.gov.az/view.php?lang=az&menu=9&id=7944) təsdiq olunub.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın