Menu
Geri İrəli

Yeni nazir müavini ilə bağlı açıqlama- O kimdir?

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyul 2014 • Baxış sayı: 813 dəfə • Şərh yoxdur
Share Button

tehsil_nazirliyi00Təhsil Nazirliyi yeni təyin olunan nazir müavini Firudun Qurbanovla bağlı məlumat yayıb. 

“Qafqazinfo” Nazirliyin saytına istinadən xəbər verir ki, Firudin Qurbanov 1952-ci ildə anadan olub. 1974-cü ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu xalq təsərrüfatının iqtisadiyyatı, təşkili və planlaşdırılması ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini, 1988-ci ildə dosent elmi adını alıb.

Əmək fəaliyyətinə 1974-cü ildə Azərbaycan Dövlət Plan Komitəsinin Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda başlayıb, 1982-ci ilə kimi burada çalışıb. 1982-1989-cu illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında, 1989 – 1994-cü illərdə Təhsil Nazirliyinin Dövlət İnspeksiyasında işləyib.

1994–2007-ci illərdə Gənclər və İdman Nazirliyində Elm və təhsil şöbəsinin müdiri, 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri olub.

2011-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medal ilə təltif olunub.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın