Menu
Geri İrəli

Alternativ enerjiyə 2 milyard yatırmağa hazırdır

Müəllif: sumqayitxeber.com • Tarix: 6 Noyabr 2015 • Baxış sayı: 275 dəfə • Şərh yoxdur

200395cbd4 (1)

Bill və Melinda Qeytsin səyləri sayəsində malyariya və poliomielit kimi xəstəliklər yaxın 15 ildə həmişəlik yox ola bilər. Bill Qeyts məhz bu xəstəliklərlə mübarizə üçün fond yaradıb. O, 2010-cu ildə tamamilə xeyriyyəçilik fəaliyyəti ilə məşğul olmaq üçün “Microsoft” korporasiyasının icraçı direktoru vəzifəsini tərk edib. İndi Bill Qeyts, həmçinin energetika sahəsində vəziyyəti yaxşılaşdırmağa qərar verib.

Qlobal enerji böhranı Qeytsin diqqətini cəlb edib və indi “Microsoft”un direktoru bu problemin həlli ilə bağlı öz düşüncəsini dünya ilə bölüşməyə hazırdır.

“The Atlantic” portalının nümayəndələrinə müsahibəsində Bill Qeyts bildirib ki, energetika sahəsində innovasiyaların tətbiqini sürətləndirmək üçün 2 milyard dollar sərmayə yatırmağa hazırdır.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın